TMT Predictions 2016

Proqnozlar

Texnologiya, Media və Telekommunikasiya üzrə Proqnozlar 2016

Sizin biznesə təsir edə biləcək TMT sahəsində baş verən ən önəmli yeniliklər

Deloitte-in "Texnologiya, Media və Telekommunikasiya sahələri üzrə proqnozları 2016" buraxılışına xoş gəlmisiniz. Bu Proqnozlar bütün dünya üzrə müxtəlif sektorların liderləri ilə aparılmış yüzlərlə söhbətə və on minlərlə istehlakçıdan götürülmüş müsahibələrə əsaslanan perspektivləri üzə çıxardır.

Əsas icmal

Bu Proqnozları ərsəyyə gətirməkdə məqsədimiz bu sənayelər aid ən önəmli məsələlər barədə strateji düşüncə mərkzələrini məlumatlandırmaq, həmçinin Texnologiya, Media və Telekommunikasiya və digər sahələrində fəaliyyət göstərən şirkətlərə bu dəyişikliklərin növbəti 12-18 ay ərzində necə təsir edəcəyini izah etməkdir.

Texnologiya, Media və Telekommunikasiyanın

Texnologiya - TMT Proqnozlar 2016

Texnologiyanın gələcəyini kəşv et

“Sensor” Ticarət: mobil internet sifarişi artır

tmt technology 2016

Media - TMT Proqnozlar 2016

Medianın gələcəyini kəşv et

Virtual reallıq (VR): mld dollarlıq bazar seqmenti

Deloitte Qlobal 2016-cı ildə virtual reallığın 1 mlrd dollar təşkil edəcəyi ilk il olacağını proqnozlaşdırır və bunun da 700 mln dolları aparat təminatı satışının payına, qalanı isə kontentin payına düşür. Gələcəkdə VR-da həm istehlakçı, həm də müəssisə üçün çoxlu tətbiqi proqramların olacağı ehtimal edilir, lakin 2016-cı ildə kommersiya fəaliyyətlərinin əksəriyyətinin video oyunlara yönələcəyi gözlənilir. Biz 2,5 mln VR şlemlərinin və 10 mln oyun surətlərinin satılacağını ehtimal edirik.

VR aparat təminatı şlemə quraşdırımış geniş bucaqlı displey vasitəsilə 3D stereo görüntü verən vizual (və bəzən audio) qurğunu təklif edir. Şlemdəki sensorlar istifadəçilərin hərəkətlərini izləyir və istifadəçilərin görüntülərini müvafiq olaraq dəyişir. Akvalanqla dalğıc üçün VR versiyası sizə özünüzü qarşınızda real balıq üzürmüş kimi hiss etmək imkanı verəcək. Əgər yuxarı baxsanız, real çəkilmiş səma görə bilərsiniz. Aşağı baxsanız okeanın dibini görə biləcəksiniz. Müşayiət edən səs olduğunuz məkanı canlandırmaq üçün uyğun şəkildə dəyişir. Lakin bütün aidiyyatı hisslər ötürülməzsə xəyal natamam qalır. VR sizi yağışlı meşənin dərinliklərinə apara bilər. Siz meşənin yer örtüyünü və bəzəkli talvarını görə bilərsiniz, lakin siz rütubəti, qoxuları hissə etməyəcək və ya bitkilərə toxuna bilməyəcəksiniz.

2016-cı ildə VR avadanlığının 2 əsas növünün olacağı ehtimal edilir: ‘tam funksional’ və ‘səyyar’ virtual reallıq avadanlığı. Birinci növ yüksək icazəli ekranları özündə birləşdirir və onun dəyərinin (ilkin əvvəlində qiymətlər daha yüksək olmaqla) 350-500 ABŞ dolları arasında olacağı ehtimal edilir. Biz 2016-cı ildə əsasən ilkin satış qiymətindən asılı olmaqla satışın 1.0–1.75 mln arasında olacağını ehtimal edirik. Tam funksional avadanlıqların son nəsil oyunların idarəetmə pultarı ilə və ya yüksək yenilənmə tezliyini tənzimləyə bilən müasir qrafik kartlı kompüterlərlə istifadə üçün layihələndirildiyi ehtimal edilir. ‘Səyyar virtual reallıq’ xüsusi quruya yerləşdirilmiş yüksək səviyyəli smartfon ekranından ibarətdir ki, bu da şlemin istifadəçinin başına tam və ya qismən rahat keçməsini təmin edir. Bunun qiymətinin 100 ABŞ dollarına yaxın olacağı ehtimal edilir və biz təxmin edirik ki, 2016-cı ildə yarım milyon avadanlığın satılacağını ehtimal edirik. Tam funskional VR-in açıq üstün olması nəzərə alınmaqla 2016-2020-ci illərdə VR-in hər iki növü yüksək keyfiyyətli VR-i təmin edəcək.

VR kontenti üçün olduğu kimi, biz oyunların satışından əldə ediləcək əsas gəlirin ümumilikdə 300 ABŞ dolları təşkil edəcəyini və mülkiyyət hüquqları üçün daxilolmaların 5 və 40 ABŞ dolları arasında olacağını ehtimal edirik. Smartfonlar üçün yaradılmış tətbiqi proqramların əksəriyyətini sonuncunun başlıca olaraq markerinq aləti kimi xidmət göstərməsi şərtilə 10 ABŞ dollarına və ya pulsuz əldə etmək mümkün olacaq. 2016-cı ildə VR-in televiziya və ya filmlər üçün geniş istifadə olunacağı gözlənilmir. VR-in televiziyaya və filmlərə minimal təsirinin əsas səbəbi bu il yayım qiymətləndirməsinin və hətta VR kontentini dəstəkləyən həvəskar kameraların olmaması kimi mühüm məhdudiyyətlər səbəbindən VR kontentinin zəif olmasıdır.
Müəssisələr tərəfindən virtual reallığın qəbul edilməsi ilə əlaqədar 2016-cı ilin bəzi şirkətlərin VR-ı satış və marketin məqsədləri üçün tətbiq etməsi üçün təcrübə ili olacağını ehtimal edirik. Bu fəaliyyətlərin bu il kommersiya baxımından əhəmiyyətli olmayacağı ehtimal edilir.

Virtual reallıq bugün texnologiyanın nəyə qadir olduğunu göstərən fantastik innovasiyadır. Proseslərin və ekran icazəsinin getdikcə artması, habelə kontent tərtibatçılarının hazırlanma formasına yiyələnməsi səbəbindən virtual reallıq bacarıqlarının daha sonra uzun illər boyu təkmilləşəcəyi ehtimal olunur. Buna baxmayaraq inkişaf etməkdə olan texnologiyalarla bağlı yarana bildiyi kimi, yaxın dövrdə VR tətbiqi ilə bağlı mühüm ajiotaj vardır. Hər hansı məsələ ilə bağlı virtual reallığı nəzərdən keçirən şirkət hədəf bazarına diqqətlə yanaşmalıdır. İstehlakçıların üzlərinə nəsə taxmalarını tələb edən son texnologiyalar bazarda kütləvi uğur qazanmamışdır. VR şlemləri smart eynəklərdən və ya 3D TV eynəklərindən daha yaxşı satıla bilər, həmçinin bu texnologiyadan istifadə əksər insanların bəzi davranış tərzində etmək istəmədikləri bəzi dəyişiklikləri etməsini tələb edə bilər.

tmt media 2016

TMT Proqnozları 2016

Qısa icmal

Özəlliklə mobil internetdən istifadə edənlərin sayı çoxalacaq

Deloitte Qlobal-ın araşdırmalarına görə, 2016-cı ildə inkişaf etmiş ölkələrin bazarlarında smartfon istifadəçilərinin 26%-i müvafiq həftə dövrü bir dəfə də olsa ənənəvi telefon zəngi etməyəcəklər. Biz bu şəxsləri “xüsusilə mobil internet istifadə edənlər” adlandırırıq. Onlar ünsiyyəti dayandırmır, sadəcə ənənəvi səsli zəngləri smslərlə, yüksək səviyyəli səs və video xidmətlərlə əvəz edirlər. Belə istisnalar 2015-ci ildə bütün smartfon istifadəçiləri üzrə 22%, 2012-ci ildə isə 11% təşkil etmişdir. 

Son illərdə səslə bağlı iki ziddiyyətli tendensiya mövcud olub. Birincisi, dəqiqələrlə ölçülən səsli mobil danışıqlar səsli danışıqlar üzrə ödəniş qabiliyyətinin artması, limitsiz səsli danışıq paketlərinə tələbin artması, səsli danışıq normalarında artım və mobil zənglərlə bağlı müəyyən olunmuş paketlərin daim dəyişməsi səbəbindən 2012-2015-ci illərdə 20%-dək artmışdır. İkincisi, əksər smartfon istifadəçilərinin istifadə modelləri səssiz fəaliyyətə sərf olunan vaxtın bəzi ABŞ və Böyük Britaniya kimi bazarlarda qeyd edildiyi kimi kifayət qədər, yəni 3 dəfə artması səbəbindən məlumatların yenidən emalını tələb edir.
Mobil cihazda səsin istifadə edilməsi zamanı polyarizasiya baş verə bilər: bəzi istifadəçilər öz səsli danışıq zənglərini artırır; şkalanın əks tərəfində isə artan hissə səsli danışıqlardan tamamilə istifadə etmir.
Öz smartfonlarından səsli zənglər edən insanların sayının azalmasına əsas səbəb səssiz ünsiyyət qurmaq seçiminin yayılmasıdır. Səsli zənglərin sayı azaldığından, məlumat mübadiləsinin müxtəlif formaları daha da geniş vüsət alır. 2015-ci ilin ortalarınadək ən məşhur məlumat xidməti, 60% istifadə ilə mətn mesajlar idi ki, bu da daha sonra sürətli mesajlaşma, elektron poçt və sosial şəbəkələrlə davam etmişdir. Qeyd etməliyik ki, bu sadəcə tutulmuş özəl danışıqlar deyil. Tətbiqi proqram bizim yemək, taksi sifarişi, görüş təyin etmək, bank transferi kimi əvvəllər etdiyimiz zəngləri əvəz edə bilər.

2015-ci ilin ortalarına istisnaların ən böyük hissəsini 18-24 yaş qrupu təşkil etmişdir ki, bunun 31%-nin (inkişaf etmiş ölkələrdə) orta hesabla 22% təşkil edən yaşlılarla müqayisədə həftəlik telefon zəngləri etmədiyi bildirilir. 2016-cı ildə və daha sonra 18-24 yaş arasında olan istifadəçilər üzrə istisna payı bu qrupun gələcək üzvlərinin daha çox mesajlara meylli olması ehtimalı ilə arta bilər. Onların ilk kommunikasiya vasitəsi kiçik uşaqlarda olduğu kimi sensor ekranlı MP3-lər və ya WiFi planşetlər ola bilər və onlardan, mesaj üçün istifadə etmək mümkün olsa da onların adi səsli telefon zəngləri etmək üçün mobil əlaqə modemi yoxdur. Azyaşlıların böyüyərək standart mobil telefon paketi üçün ödəniş etmək vaxtına qədər belə şəxslər standart ünsiyyət vasitəsi kimi mesajdan istifadə edə və səsli zənglər etməkdən qeyri-iradi olaraq çəkinə bilərlər.

Smartfonların əsas məqsədi səs və məlumat mübadiləsini bir cihaz vasitəsilə həyata keçirmək idi. Lakin, son 10 il ərzində smartfonların informasiya imkanları, böyük ekranlar, sürətli qoşulma, daha güclü prosessorlar, mükəmməl kameralar, təkmilləşdirilmiş qrafik görüntülər vasitəsilə kəskin dəyişmiş və bütün bunlar ənənəvi telefon zəngləri əvəzinə məlumat mübadiləsini seçən insanlarla bağlı tendensiyalara təsir edib.

tmt telecommunication 2016

TMT Proqnozları 2016

Qısa icmal

Trilyonlarla foto paylaşımı və daha artıq 

Deloitte Qlobal 2016-cı ildə 2.5 trilyon fotoşəklin internet üzərindən paylaşılacağını və ya onlayn bazada saxlanılacağını proqnozlaşdırır ki, bu da əvvəlki illə müqayisədə 15 faiz artımı göstərir. Bu fotoşəkillərin dörddə üç hissəsinin paylaşılacağı, qalan hissəsinin isə onlayn arxivdə saxlanılacağı ehtimal olunur. Onlayn paylaşılacaq şəkillərin sayının 1990-cı illərdə çəkilmiş fotoşəkillərdən 31 dəfə artıq olacağı (yalnız paylaşılan hissə) təxmin edilir. Bu dövrdə il üzrə 80 milyard fotoşəkil çəkilirdi.

Paylaşımların şəbəkə üzrə gözlənilən təsiri 3.5 eksabayt olacaq ki, bu da əvvəlki illə müqayisədə 20 faiz artım deməkdir. Çəkilən, paylaşılan və arxivləşdirilən fotoların davamlı olaraq kəmiyyətinin, eləcə də faylın orta ölçüsünün artması nəticəsində fotoşəkillərin şəbəkə təsirinin yaxın gələcəkdə də artacağı təxmin edilir.
Hesablamalarımıza görə, onlayn paylaşılan və ya arxivləşdirilən fotoşəkillərin 90 faizi “ağıllı telefonlar” (smartfonlar) vasitəsilə çəkiləcək. Foto paylaşımı üçün smartfonların üstünlük təşkil etməsinin səbəbi onun istənilən yerdə əldə edilə bilməsi və istifadəçilərin öz cihazlarını yeniləmə tezliyidir. Foto paylaşımı smartfonların funksional imkanlarının təkmilləşdirilməsi, eləcə də daha sürətli sabit və mobil bağlantı vasitəsilə mümkün olacaq. Fotoşəklin özəlliyi müəyyən bir anın qeydə alınmasından və paylaşılmasından ibarətdir ki, smartfonlar bunu eyni zamanda mümkün edir. Həmçinin, smartfonlarda standart fotolentlə şəklin çəkilməsi və paylaşılması arasındakı prosesin ləngiməsi aradan qalxmışdır. “Ağıllı telefonlar” vasitəsilə yüksək dəqiqlikli fotoşəkillərin çəkilməsi, ölçüsünün tənzimlənməsi və ötürülməsi prosesləri bir saniyədən az müddətə qədər azaldıla bilər.

Bu il ümumilikdə 1.6 milyon smartfonun satılacağı gözlənilir ki, bu da təxminən lentli fotoaparatların maksimal satışının 23 dəfəsinə (70 milyon ədəd, 1999), rəqəmsal fotoaparatların maksimal satışının 13 dəfəsinə (120 milyon SLR və kompakt rəqəmsal fotoaparatlar, 2010) və 2014-cü il üzrə rəqəmsal fotoaparatların satışının 40 dəfəsinə (40 milyon ədəd) bərabərdir. Satılmış smartfonların dörddə üç hissəsinin əvvəlkilər ilə müqayisədə daha yaxşı kameralar, prosessorlar, bağlantı səviyyəsi və yaddaşla təmin olunmaqla təkmilləşdiriləcəyini proqnozlaşdırırıq.
2016-cı ildə smartfon kameralarında rezolyusiyanın daha da yüksək olması nəticəsində çəkilən fotoşəkillərin orta ölçüsünün artacağı gözlənilir. Satışa təqdim edilmiş smartfonlarda meqapiksellə (MP) ölçülən orta rezolyusiya 2.4 MP-dən (2007-ci il) 9 MP-ə (ötən il) qədər artırılmışdır. Cari ildə smartfonların orta rezolyusiyasının 10 MP-dən artıq olacağını proqnozlaşdırırıq.

İnternet üzərindən paylaşılan fotoşəkillərin sayının artmasına əsas səbəb belə paylaşıma imkan yaradan alətlərin sayının genişlənməsidir. 2015-ci ilin sonuna şəkil paylaşımı üçün 2,000-dən artıq tətbiqi proqramdan istifadə olunurdu. Bəzi alətlər şəkillərin gələcək nəsillər üçün saxlanmasına imkan yaradır; bir qrup istifadəçilər isə müəyyən an üçün şəkillərin saxlanılmasını təmin edən alətlərə üstünlük verir. Şəkillər qlobal səviyyədə və ya konkret şəxslərlə paylaşıla bilər. Şəbəkə sürətinin artması çoxlu sayda fotoşəkillərin qısa müddətdə göndərilməsinə imkan yaradır.

Şəkil yaratma və paylaşma prosesinin asanlaşması insanların ünsiyyət vasitəsini formalaşdırır. Smartfonla çəkilən şəkil və videolar artıq sözləri əvəz edəcək sürət və keyfiyyətə malikdir. Həmçinin, şəkillərin artan həcmi istifadəçi üçün az vəsait sərf etməklə və ya vəsait sərf etmədən müxtəlif növ müvafiq alətlər vasitəsilə arxivləşdirilir. Çoxsaylı arxivləşdirmə xidmətlərindən yararlanan istifadəçi eyni faylın bir neçə dəfə bulud əsaslı surətini yarada bilər. Paylaşma və arxivləşdirmə xidmətlərinin çox olması bir şəklin yüz dəfələrlə paylaşılması və arxivləşdirilməsi ilə nəticələnə bilər.

Şəkillərin sosial şəbəkədə paylaşılması ilə bağlı rəylər daha çox fotoşəkillərin paylaşılmasına əsas yaradır. Fotolardan ibarət məlumat paylaşımı mətn formasında paylaşımlardan 53 faiz daha artıq “bəyənilir”, 104 faiz daha artıq şərh toplayacaq və 84 faiz daha artıq baxılacaq.

tmt telecommunication 2016

TMT Proqnozlar 2016 icmal və Texnologiya, Media, və Telekommunikasiya sahələri üzrə icmal videolar

    Did you find this useful?