System Integration

Xidmətlər

Sistem İnteqrasiyası

Texnologiyanın gücündən istifadə müəssisələrdən həm müəssisə daxilində, həm də xarici tərəfdaşlar təchizatçılar və müştərilərlə mürəkkəb sistem inteqrasiyası problemlərini aradan qaldılmağı tələb edir. Deloitte-un sistem inteqrasiyası üzrə mütəxəssisləri müəssisələrə texnologiyaya xas çətinlikləri idarə etməyə və texnoloji inteqrasiya vasitəsilə biznes problemlərini ayrıca xidmətlər və ya kompleks həllər kimi həll etməyə yardımçı ola bilər. Biz müəssisələrə öz texnoloji sistemlərini və texnoloji aktivlər porfelini daha yaxşı idarə etməyə yardımçı olmaq üçün məsləhət və tətbiqlə bağlı xidmətlər təklif edirik.

İT Layihə Portfelinin idarə edilməsi 

Struktur dəyişikliyi nəticəsində həm biznesdə uğur qazanmaq imkanı əldə olunur, həm də səhmlərin məzənnəsinin azalması riski yaranır ki, bu da fəaliyyətin fasiləsizliyinə təsir göstərə bilər. Mümkün çatışmazlıqlardan yayınmaqda, eləcə də layihələri büdcəyə uyğun və vaxtında reallaşdırmaqda sizə yardımçı olmaq üçün müvafiq bacarıqlarımız və təcrübəmiz vardır.

Maliyyə təşkilatları üçün texnologiyanın inteqrasiyası ilə bağlı xidmətlər

Deloitte qlobal maliyyə məsləhəti xidmətləri üzrə birinci yerdədir. Moskva, Sankt Peterburq, Yujno Saxalinsk, Ufa, Bakı, Kiyev, Minsk, Tbilisi, Almatı, Astana, Atırau, Aktau, Bişkek, Daşkənd, Aşqabat və Düşənbədə yerləşən ofislərdən ibarət geniş şəbəkəmiz sayəsində biz, Rusiya və MDB-nin aparıcı maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edirik.

Bizim liderlə tanış olun

Tural Hacıyev

Tural Hacıyev

Partnyor, Risk üzrə Məsləhət xidmətləri

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və məxfilik üzrə Partnyor vəzifəsində çalışır. O fəaliyyət göstərdiyi müddətdə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə yen... Daha çox