Technology Vendors

Həllər

Texnologiya Təchizatçıları

Mətn ilə tanış olun

SAP

1989-cu ildən etibarən Deloitte Qlobal-in SAP praktikası müəssisələrin biznes uğurları əldə etməsinə yardımçı olmaq üçün təqdirəlayiq səviyyədə xidmətlər göstərmişdir. Biz bir sıra HANA-ya əsaslanmış (obyektlərdə və ya bulud əsasında) öncədən konfiqurasiya olunan həllərdən isifadə etməklə iqtisadi modelin hazırlanmasından və sistem dizaynından başlayaraq konfiqurasya, test, istismar və tətbiq sonrası dəstəyə qədər bütün növ tətbiq, inteqrasiya və uyğunluq xidmətlərini həyata keçiririk.

Hesab edirik ki, SAP-ın tətbiqi təkcə yalnız texnologiyaları deyil, eləcə də biznesin transformasiyası imkanlarını əhatə edir. Bu təşkilatı effektivliyi rasionallaşdırmaq və artırmaq fürsətidir. SAP-ı ən son tətbiq edənlər (hazırda S4HANA) proseslər üzrə dəyişiklikləri və tamamilə yeni proseslərin yerinə yetirilməsini mümkün etməklə real vaxt rejimindəki məlumata daxilolmanı və analitikanı təmin edir.

Maliyyə funksiyalarının sadələşdirilməsi, biznes tələblərini dəstəkləyən ERP əsaslarının təmin edilməsi və ya SAP sistemlərini və proseslərini təkmilləşdirməklə, sinxronlaşdırmaqla və uyğunlaşdırmaqla inkişafın dəstəklənməsi üçün biz sizə riskləri azaldaraq gözlənilən nəticələrin əldə olunmasına köməklik göstərə bilərik.

Oracle

Deloitte Oracle və analitiklər tərəfindən Oracle-la bağlı xidmətləri davamlı olaraq tətbiq edən şirkət kimi tanınmışdır. Bizim qlobal Oracle praktikamız Oracle-a əsaslanan həllərin tətbiqinə yönəlmişdir ki, bu da sizə gəlir və əməliyyat göstəricilərini artırmağa yardımçı ola bilər.

Deloitte-un məsləhət və tətbiqlə bağlı xidmətlərinə bütün müəssisə (Müştəri təcrübəsi, BI/EPM, Maliyyə, İnsan kapitalının idarə edilməsi, Təhlükəsizlik və Təchizat kanalının idarə edilməsi) üçün daxildə və bulud tətbiqi proqramlarında təhlil, inteqrasiya, uyğunlaşdırma və tətbiq daxildir:

Oracle üzrə təcrübəsi olan 13,800 mütəxəssis ilə bizim Oracle həllərinin tətbiqində çoğrafi və təşkilati sərhədləri aşan geniş təcrübəmiz vardır. Bizim qlobal, çoxsəviyyəli modelimiz qlobal tədarük mərkəzlərini, əlaqəli çərçivələri, işçilərin mümkün idarəetmə praktikalarını, tətbiqi proqramların dəstəklənməsi xidmətlərini əhatə edir ki, bu da bizə müvafiq kadrları, müvafiq vaxtda, müvafiq qiymətə, müvafiq yerə yerləşdirmək imkanı verir.

Bizim qlobal Oracle mütəxəssislərimiz uzun illər birlikdə işləyərək bu öhdəlikləri yerinə yetirirlər. Estafeti ötürən komanda kimi, onlar seqmentləri dəqiq şəkildə təhvil verir və biznes məqsədlərinə mümkün qədər effektiv nail olmağa köməklik etmək üçün bir-birini etibarlı şəkildə dəstəkləyir.

Satış komandası

Deloitte Digital-ın Satış Heyəti praktikası müştərilərin cəlb edilməsi kimi mürəkkəb tapşırıqlara yeni rəqəmsal düşüncə tərzini tətbiq edir. Biz, müştəriləri onların fəaliyyəti üzrə hər bir platformada, mexanizmdə və addımda bir araya gətirmək üçün çalışaraq dünya üzrə yeni həllər yaradan və həyata keçirən qabaqcıl şirkətlərlə əməkdaşlıq edirik. Dizayn, sənaye və satış heyətinin biliyindən faydalanaraq, Sizə rəqəmsal, mobil, bulud və sosial texnologiyaları özündə birləşdirən dərindən düşünülmüş təcrübələr qurmağa yardımçı oluruq.   

İşimiz müştərilərimizin əldə etdiyi nəticələr və aşağıdakılar üzrə bacarıqlarımızla fərqlənir:

• Müasir İQ ilə yaradıcı gücümüz rəqəmsal bacarıqlarımız və dinamik yanaşmamız

• Sənaye sahəsi üzrə praktiki anlayışız, strateji şəffaflıq və sənaye katalizatorları 

• Müxtəlif mükafatlar almış dərin bilik və bacarıqlara malik satış heytimizin təcrübəsi və analitik hesabatlar 

• Rəqəmsal transformasiya proqramlarının həyata keçirilməsində geniş həllər və əməliyyat səviyyəli mühəndislik təcrübəsi

Digərləri

Müxtəlif ittifaqlarla olan əlaqələrimiz vasitəsi ilə, biz öz əhatə dairəmizi genişləndirir və xidmət etdiyimiz müəssisə üçün və dünya üzrə əsas tutduğumuz texnologiya şirkətləri üçün dəyərimizi artırırıq.

Biz müəssisə üzrə resursları planlaşdırılmış texnologiya provayderlərindən ibarət böyük komanda olmaqla yanaşı, eləcə də öz sahələrində unikal xidmətlər göstərən müxtəlif, məhdud profilli təchizatçılarla birləşmişik. 

Bizim liderlə tanış olun

Tural Hacıyev

Tural Hacıyev

Partnyor, Risk üzrə Məsləhət xidmətləri

Tural Deloitte Azərbaycanda risklərin idarə olunması, təhlükəsizlik və məxfilik üzrə Partnyor vəzifəsində çalışır. O fəaliyyət göstərdiyi müddətdə Azərbaycan, MDB və Avropadakı bir sıra şirkətlərə yen... Daha çox