Technology Integration

Xidmətlər

Texnoloji inteqrasiya

Yeni texnoloji həllər biznesiniz üçün yalnız o zaman faydalı olar ki, onlar sizin strateji biznes məqsədlərinizi dəstəkləsin və sizin biznes əməliyyatlarınıza rahat inteqrasiya olunsun.

Texnoloji inteqrasiya sahəsində heyətimiz MDB və Şərqi Avropa üzrə layihələrdə işləmişdir və Sizi sənaye sahəsi üzrə qabaqcıl xidmətlərlə təmin etmək üçün kompleks bacarıqlara və təcrübəyə malikdir.

Texnoloji inteqrasiya təkcə texnologiyadan, həm də inteqrasiyadan bəhs edir. Texnologiya dəyərli strateji biznes resursudur, lakin ayrılıqda o heç nəyə nail ola bilməz. Biz müştərilərimizin biznes problerini həll etmək və praktiki həlləri tətbiq etmək üçün həmkarlarımızla birgə işləyərik.

Bu broşür İnformasiya Texnologiyası Qrupunda mövcud olan əsas bölmələrin, eləcə də informasiya texnologiyalarından istifadəni tələb edən biznes tapşırıqların və Qrup tərəfindən göstərilən əsas xidmətlərin ümumi icmalını əks etdirəcək.