football money league

Təfərrüatlar

Planet Football

Deloitte Football Money League 2017

Deloitte Futbol Pul Liqası hesabatının 20-ci buraxılışında Deloitte BK-nın İdman Biznesi Qrupunun müəyyən etdiyi dünyanın ən çox gəlir əldə edən futbol klubları təqdim edilib.

2015/16 mövsümü bitdikdən səkkiz ay sonra dərc olunan Futbol Pul Liqası haqqında hesabat klubların nisbi maliyyə fəaliyyətinin ən yeni və etibarlı təhlilini əks etdirir.

Pul Liqası üzrə 20 ən çox gəlir əldə edən klubların ümumi gəliri 2015/16 mövsümündə 12% artaraq 7.4 milyard Avroya (5.5 milyard funt) çatmış və 3 klubun gəlirinin 600 milyon Avronu aşması ilə rekord yenilənmişdir.

Manchester United siyahıda irəlidə olan Real Madridin yerini tutmuşdur

Manchester United Futbol Pul Liqası 2017-də birinciliyi təkrar qazanmış və bununla Real Madridin 11 il sahib olduğu yeri tutmuşdur. Klubun 689 milyon Avro (515.3 milyon funt) məbləğində rekord gəlir əldə etməsi hər 3 gəlir kateqoriyası üzrə (oyunların gedişatı, yayım hüquqlarının satışı və kommersiya fəaliyyəti), həmçinin klubun UEFA Çempionlar Liqasına geri dönüşü və yeni kommersiya əməkdaşlıqları sayəsində mümkün olmuşdur.

FC Barcelona (620.2 milyon Avro) və Real Madrid (620.1 milyon Avro) klubları Futbol Pul Liqasının üçlüyünü tamamlayır. Eyni vəziyyət hesabatın 1996/97 mövsümü üçün buraxılmış 1-ci nəşrində müşahidə olunmuşdu.

 

Leicester City tarixi çempionat mövsümündən sonra maliyyə mükafatı əldə etmişdir

Leicester City dünyanın ən çox gəlir əldə edən futbol klubu siyahısında 20-ci yeri tutur. Uğurlu mövsümdən sonra bu klubun 2015/16-cı il üzrə 172.1 milyon Avro (128.7 milyon funt) dəyərində gəliri onun iki il əvvəl 2013/14 mövsümündə əldə etdiyi gəlirindən demək olar 5 dəfə çoxdur.

Premyer liqa klublarının 2016/17-ci illərdə rekord sayda televiziya müqavilələri imzalaması nəticəsində gəlirlərinin artacağını nəzərdə tutur. Bu da onu göstərir ki, bütün klubların növbəti ildə 30 ən çox gəlir əldə edən klub siyahısında yer alma şansı yüksək olacaq.

 

2017 infoqrafika

Pul Liqası haqqında hesabatın 20-ci buraxılışı ilə bağlı infoqrafikanı təqdim edirik. Burada Pul Liqasının 1997-ci ildən başlayaraq həyata keçirilən nəşrindən bu günkü tarixə qədər olan inkişafını görə bilərsiniz.

Daha ətraflı (hesabat İngilis dilindədir)

Əvvəlki buraxılışlar

2006-cı il tarixindən etibarən tərtib edilən keçmiş buraxılışları aşağıdakı siyahıdan seçin və ya bizimlə əlaqə saxlayın:

Did you find this useful?