Təfərrüatlar
Beynəlxalq MUÜP Holdinq
31 dekabr 2014-cü il tarixinə bitən il üzrə nümunə maliyyə hesabatları
Bu hissədə Sizə 2014-cü il üzrə və ondan sonrakı dövrlər üçün yeni və düzəliş edilmiş MHBS-lərin icmalı təqdim olunur. Bu hissədə xüsusilə aşağıdakılar əhatə olunur:
31 dekabr 2014-cü il tarixinə bitən il üzrə icbari qaydada tətbiq olunan MHBSlərə düzəlişlərin və yeni şərhlərin icmalı; və
31 dekabr 2014-cü il tarixinə bitən il üzrə hələ icbari qaydada tətbiq olunmayan (lakin erkən tətbiqinə icazə verilən) yeni və düzəliş edilmiş standartların icmalı. Bu məqsədlə aşağıda 31 dekabr 2014-cü il tarixdə və ya ondan sonrakı dövrdə buraxılmış MHBS-lər müzakirə olunur. Müəssisələr 31 dekabr 2014-cü il tarixinə bitən üzrə maliyyə hesabatlarını hazırlayarkən MHBSŞ tərəfindən 31 dekabr 2014-cü il tarixdən sonra lakin maliyyə hesabatlarının buraxılması təsdiq olunmazdan əvvəl buraxılmış istənilən yeni və düzəliş edilmiş MHBSlərin mümkün təsirini nəzərdən keçirməli və açıqlamalıdırlar.