Kuki fayllar

Kuki Bildirişi

Ən son düzəliş 26 fevral 2021-ci il tarixində edilmişdir.

Kuki seçimlərini idarə edin

Kuki nədir? 

Kuki istifadə etdiyiniz vebsaytdan sizin kompyuterinizə yüklənən kiçik mətn fayllarıdır. Hər növbəti ziyarət zamanı kukilər vebsayta və ya kukini tanıyan başqa bir vebsayta geri göndərilir. Kukilərdən istifadə vebsaytın işləməsi və ya daha effektiv işləməsi, eləcə də vebsaytın sahiblərinə məlumat verilməsi məqsədi daşıyır. Belə məlumat daha fərdiləşmiş və həssas xidmət təqdim etmək üçün istifadə oluna bilər. Kukilər birbaşa olaraq tərəfimizdən cihazınıza yüklənmiş birinci tərəf kukilər və ya bizim adımızdan üçüncü tərəf xidmət təminatçısı tərəfindən qurulmuş üçüncü tərəf kukilər ola bilər. Bu vebsaytdan istifadə etdiyiniz zaman kukilərdən və bənzər texnologiyalardan istifadə yolu ilə məlumat toplana bilər (məsələn, veb mayaklar (web beacons), teqlər, skriptlər, lokal saxlama).

Xahiş edirik nəzərə alın ki, bu Kuki Bildirişi bizim Məxfilik Bildirişimizin bir parçasıdır.

 

Hansı kukilərdən və niyə istifadə edirik

Vebsaytımızda kukilərdən istifadə edərkən onları aşağıdakı kateqoriyalar üzrə təsnifləndirə bilərik:

·       Vebsaytın işləməsi üçün “Ciddi zəruri” kukilər tələb olunur və bu kukilər sistemlərimizdə söndürülə bilməz. Bunlar ümumiyyətlə yalnız gizlilik seçimlərinizi müəyyənləşdirmək, sistemə daxil olmaq və ya formaları doldurmaq kimi xidmətlər üçün bir tələb təşkil edən hərəkətlərinizə cavab olaraq qurulur.

·       “Analitik və Performans” kukiləri sayta olan ziyarətləri və trafik mənbələrini saymaqla analitikanı izləmək imkanı verir. Bununla da biz vebsaytımızın fəaliyyətini qiymətləndirə və yaxşılaşdıra bilərik. Bu kukilər hansı səhifə və ya videoların ən çox və ən az izlənən olduğunu və izləyicilərin vebsayt boyunca hərəkətini müəyyən etmək üçün bizim tərəfimizdən və ya üçüncü tərəf xidmət təminatçıları (məsələn, Adobe, Akamai, Brightcove, Qualtrics) tərəfindən qurulur.

·       “Funksional” kukilər vebsaytın funksionallığını artırmağa və sizin vebsayt ilə olan əlaqənizə əsalanaraq fərdiləşməni təmin etməyə imkan verir. Bu kukilər tərəfimizdən və xidmətlərini səhifələrimizə əlavə etdiyimiz Adobe kimi üçüncü tərəf xidmət təminatçıları tərəfindən istifadə oluna bilər.

·       Reklam və Hədəfləmə” kukiləri bizim vebsaytımızda reklam tərəfdaşlarımız, məsələn, Adobe tərəfindən istifadə edilə bilər. Bu kukilər sizin maraqlarınızın profilini qurmaq və vebsaytlarımızda müvafiq reklamları sizə nümayiş etdirmək məqsədilə bu şirkətlər tərəfindən istifadə oluna bilər.

·       “Sosial media” kukiləri məzmununuzu dostlarınız və şəbəkələrinizlə bölüşməyiniz üçün Vebsayta əlavə etdiyimiz sosial media xidmətləri (məsələn, Twitter, LinkedIn, Facebook) tərəfindən qurulur. Bu kukilər brauzerinizi digər vebsaytlar üzərindən izləyə və maraqlarınıza dair bir profil yarada bilər. Bu, ziyarət etdiyiniz digər vebsaytlarda gördüyünüz məzmun və mesajlara təsir edə bilər.

Vebsayt tərəfindən istifadə olunan kukilərin siyahısını nəzərdən keçirmək üçün Kuki Bildirişinin yuxarısındakı “Kuki seçimlərini idarə et” düyməsinə basın. 

 

Kukilər mənim cihazımda hansı müddətə qala bilər?

Kukilərin cihazınızda qalma müddəti kukinin “daimi” və ya “seans” kuki olmasından asılı olacaq. Daimi kuki veb brauzer tərəfindən saxlanılacaq və son istifadə tarixindən əvvəl silinmədikdə, müəyyən edilmiş son tarixə qədər qüvvədə qalacaq. Digər tərəfdən, seans kukiləri veb brauzeriniz bağlandıqda, veb seansınız başa çatdıqda bitən müvəqqəti kukilərdir.

 

Kukilərə necə nəzarət etməli?

Siz kukilərə müxtəlif yollarla nəzarət edə bilərsiniz. Unutmayın ki, kukilərin silinməsi və ya bloklanması istifadə təcrübənizə təsir edə bilər və artıq vebsaytın bütün bölmələrinə tam çıxış imkanı olmaya bilər.

Vebsaytımız üçün kukilər ciddi zəruri olmadıqda, vebsaytımıza ilk daxil olduğunuz zaman sizdən kukilərdən istifadəyə dair razılıq vermənizi istəyəcəyik. Bu cür razılıq səhifənin yuxarısında “Kuki seçimlərini idarə et” düyməsinə basmaqla verilə və ya razılılğın verilməsindən imtina oluna bilər.

Siz həmçinin kukiləri idarə etmək və nəzarət etmək üçün brauzer parametrlərini dəyişə bilərsiniz. Bu barədə daha ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil olun: http://www.aboutcookies.org/.

Kukiləri qəbul etmək və ya kukilərdən imtina barədə istənilən razılıq bizim vebsaytımız ilə hiperlink vasitəsilə əlaqələndirilə bilən digər saytlar və ya digər səhifələr ilə deyil, Kuki Bildirişinin yerləşdirildiyi sayt ilə məhdudlaşır. Bu vebsaytlar tərəfindən istifadə olunan kukilər haqqında daha ətraflı məlumat üçün həmin vebsaytlarda verilmiş xüsusi məxfilik və ya kuki bildirişinə istinad edin. 

 

Elektron məktublar

Sizə göndərdiyimiz müəyyən məktubları oxuduğunuzu, açdığınızı və ya digər tərəfə ötürdüyünüzü müəyyən etmək üçün izləmə texnologiyalarından istifadə edə bilərik və beləliklə, kommunikasiyanın daha faydalı və maraqlı olmasını təmin edə bilərik. Məktubları oxuduğunuzu, açdığınızı və ya digər tərəfə ötürdüyünüzü təsdiqləmək istəmirsinizsə, müvafiq abunəliyi ləğv etməlisiniz, çünki izləmə funksiyasını işə salmadan belə elektron məktubları göndərməyimiz mümkün deyil. Qeydiyyatdan keçmiş abunəçilər bizimlə əlaqə yaradaraq kommunikasiya parametrlərini istənilən zaman yeniləyə bilərlər, yaxud bizdən aldığınız fərdi elektron məktublarda qeyd edilmiş təlimatları yerinə yetirərək müvafiq abunəliyi dayandırmaq mümkündür.

 

Bu Kuki Bildirişinə dəyişikliklər

Öz mülahizələrimiz əsasında hazırkı Kuki Bildirişinə vaxtaşırı dəyişiklik və ya düzəlişlər edə bilərik. Bildirişə dəyişikliklər etdiyimiz zaman bu səhifənin yuxarı hissəsindəki yenilənmə tarixinə də düzəliş edəcəyik və dəyişiklik və ya düzəliş edilmiş belə Kuki Bildirişi həmin yenilənmə tarixindən etibarən siz və sizə məxsus məlumatlar üçün etibarlı hesab olunacaq. Kukiləri necə istifadə etdiyimizə dair məlumatlı qalmaq üçün Kuki Bildirişini vaxtaşırı nəzərdən keçirməyiniz məqsədəuyğundur.