Xəbərlər

İnamlı təqdimat bacarıqları

11-12 iyun 2024-cü il

Deloitte Azərbaycan Akademiyası tərəfindən hazırlanmış növbəti təlim biznes mühitində təqimat bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu təlim proqramında uğurlu təqdimatın baş tutması üçün tələb olunan bacarıqlar və hazırlıqlar müzakirə ediləcək. Praktiki təlim zamanı biliklərin möhkəmlənməsi üçün tapşırıqlar veriləcək.

Təlim proqramı

• Təqdimatın növləri (məlumatlandırıcı istiqamətləndirici, inandırıcı, həvəsləndirici, qərar qəbuletmə, inkişaf);
• Təqdimatın mərhələləri. Məntiqi Axınla Storyboarding; Məntiqi Strukturlaşdırma Texnikaları.
• Dizayn və vizualizasiya. Big Picture Design, Power Point-də müasir slaydların hazırlanması üçün lazım olan əsas funksiyalar.
• İdarəetmə və qiymətləndirmə (moderasiya planı, təqdimata dəvətin hazırlanması, əyani vəsaitlər, özünü qiymətləndirmə forması, «feedback»);
• Auditoriyanın diqqətinin «qarmaqlar» vasitəsilə cəlb edilməsi;
• Güvənli ünsiyyət bacarıqları (ünsiyyət modeli, səs tonu, effektiv sualvermə, aktiv dinləmə, pozitiv ünsiyyət, çətin iştirakçıların idarə edilməsi);
• Təqdimat bacarıqlarının təkmilləşdirilməsi. Jestlər və onların funksiyaları. Duruş və hərəkət.
• Kreativ və tənqidi düşüncə texnikaları («storytelling», «brainstorming», «card techniques», «mind map»);
• Virtual təqdimat bacarıqları (virtual təqdimatın əsas xüsusiyyətləri, texniki hazırlıqlar, virtual mühitdə qrup işlərində interaktivliyin təmin edilməsi, və s.);
• E-mail vasitəsilə məlumatların təqdim edilməsi;
• Yekun ev tapşırığı hazırlığı;
• Qrup və fərdi qaydada praktiki tapşırıqlar və biznes simulyasiyalar.

• Təlimin müddəti – 2 tam gün;

• Təlimin qiyməti – 800 AZN (ƏDV xaric);

• Təlimin dili - Azərbaycan dili.

• Tarix - 11-12 iyun.


Təlim praktikidir, proqramın gedişində iştirakçılar real təlim proqramlarını hazırlayaraq təqdim edirlər.
 

Təlimçi

Nigar Qaziyeva

Marketinq və kommunikasiyalar üzrə menecer

Did you find this useful?