Təhlil

Kapitalın İdarə edilməsində Rəqəmsal Dəyişikliklər

Nə üçün yeni yaranmış şirkətlər pərakəndə investorlarda meydana gələn rəqəmsal biznes modellərinə diqqət yetirməlidirlər.

Son 10 il ərzində Kapitalın İdarə edilməsi (Kİ) sahəsində rəqəmsal biznes modellərinə malik çoxlu sayda yeni şirkətlər yaranmışdır. Rəqəmsal texnologiyalar üzrə biznes modellərinin dəyişiklik gücü kapital idarəçiliyi sahəsində sıçrayış etməkdə yeni şirkətlərə imkanlar yaradır. Kİ sahəsində 50-dən artıq yeni yaranan şirkətlər üzrə apardığımız təhlilə əsasən, belə şirkətlər “istehsalçı – istehlakçı” yanaşmasına yönəlmiş və başlıca olaraq aşağıdakı üç metod əsasında pərakəndə investorlara xidmət göstərən müəssisələrdir:

• Əlaqə. Öz həmkarları ilə əlaqə yaratmaqda, çoxsaylı hesablara və məsləhət üçün çoxsaylı mənbələrə qoşulmaq üçün investorlara yardımçı olur.

• Məsləhət. İnvestorlar üçün onların vəziyyətinə uyğun və zəngin, rəqəmsal təcrübə əsasında məsləhətlər təmin edir.

 İnvestisiya. Geniş yayılmayan investisiya imkanlarından, eləcə də peşəkar investorlar və müəssisələr tərəfindən tətbiq olunan strategiyalara bənzər investisiya strategiyalarından istifadəni təmin edir.

Yeni yaranan rəqəmsal müəssisələrdən yararlanmayan və biznes modellərini müvafiq qaydada uyğunlaşdırmayan Kapitalın İdarə edilməsi sahəsində müəyyən nüfuza malik şirkətlər bazarda əhəmiyyətli dərəcədə əlverişsiz şərtlərlə qarşılaşa bilərlər. Digər tərəfdən qarşılanmayan tələblərin və müştəri xidməti keyfiyyətinin təmin edilməsi üçün rəqəmsal texnologiyalardan istifadə qaydasını öyrənən məsul işçilər rəqabətdə irəli gedə və inkişaf etməkdə olan bazarların imkanlarından faydalana bilərlər.

Kapitalın İdarə edilməsində Rəqəmsal Dəyişikliklər
Did you find this useful?