2016 Global Impact Report

Təfərrüatlar

Vəzifə nə qədər çətin olsa, imkanlar bir o qədər çox olar

2016-cı il üzrə beynəlxalq hesabat

Mətn ilə tanış olun

Beynəlxalq şəbəkənin Direktorlar Şurasının baş direktoru və sədrinin müraciəti

Bir il əvvəl vacib bir addım atdıq və miqyas baxımından deyil, keyfiyyət baxımından audit və məsləhətçi xidmətlərinin göstərilməsi sahəsində danılmaz lider olmağa səylərimizi bəyan etdik.
Qarşımıza həqiqətən vacib bir tapşırığı yerinə yetirmək məqsədi qoyduq. Dəqiq strategiya qurmaqla liderliyə nail olmaq üçün beş prioritet istiqaməti müəyyən etdik: müştəriyönümlülük, biznesin inkişafı, coğrafi yerləşmənin genişləndirilməsi, heyət üçün təlimlər və bütünlükdə beynəlxalq şəbəkə çərçivəsində əməkdaşlıq. Brendimizin nüfuzunu möhkəmləndirmək üçün bir sıra tədbirlər gördük və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və eyni zamanda vahid yanaşmanın tətbiqini təmin etməklə beynəlxalq şəbəkədə dəyişikliklər etmə prosesinə başladıq.
2016-cı maliyyə ilində mütəxəssislərimiz üçün mürəkkəb vəzifə olan, lakin uğurla yerinə yetirilən böyük dəyişikliklər etdik. İlin yekunlarına əsasən, Deloitte-un gəliri 36,8 milyard ABŞ dolları olmuşdur ki, bu da yerli valyuta ilə hesablamalar nəzərə alınmaqla 9,5% artımı göstərir. Şəbəkənin beş əsas fəaliyyət istiqamətindən hər biri (audit, konsaltinq, maliyyə məsləhəti, risklərin idarə edilməsi, vergitutma və hüquq) əvvəlki maliyyə ili üzrə artımı göstərir.
Biz əminik ki, bu müvəffəqiyyət apardığımız dəyişikliklərin nəticəsidir, lakin qarşıda çox işlər var. İnkişafımızın əsas hərəkətverici qüvvələri mütəxəssislərimiz tərəfindən göstərilən yüksək keyfiyyətli xidmətlərdən, o cümlədən müştərilərimizin və digər əsas maraqlı tərəflərin beynəlxalq bazarda əldə etdikləri üstünlüklərdən ibarətdir. Həmçinin, xidmətlərimizin daha da tanınmasına müştərilərin yüksək tələbatının olduğu sahələrdə əldə etdiyimiz mühüm nəticələr müsbət təsir göstərmişdir. Məsələn, ən yüksək gəlir göstəricisi (22,5%) risklərin idarə edilməsi üzrə konsaltinq xidmətləri ilə bağlıdır ki, bu da kiber risklərin idarə olunması və normativ tənzimləmə sahəsindəki yüksək tələbatla ilə izah olunur.
Rəqəmsal transformasiya, sistemlərin tətbiqi, kadrlarla bağlı funksiyalarda dəyişikliklər və strategiyaların işlənib hazırlanması sahəsində böyük miqyaslı layihələrin dəstəklənməsi üzrə kompleks xidmətlərə olan ehtiyac sayəsində konsaltinq üzrə gəlir 10,8% artmışdır.
Problemlərin imkanlara çevrilməsi
Düşünürük ki, vəzifə nə qədər çətin olarsa, onun həlli bir o qədər maraqlı olar. İşimizə bu cür yanaşırıq və məhz bu səbəbdən dünyanın bir çox nüfuzlu təşkilatları daim dəyişən qlobal bazar şəraitində biznes idarəçiliyi üzrə effektivliyin artırılmasına dəstək üçün bizə müraciət edirlər.
Dünyadakı bütün şirkətlər eyni çətinliklərlə üzləşir. Texnologiyaların, sosial normalardakı dəyişikliklərin, eləcə də informasiyanın demokratikləşdirilməsi ümumilikdə mənfi təsirə malik ola bilər. İqtisadi vəziyyətin dəyişkənliyi və qeyri-müəyyənliyi şirkətlər üçün maliyyə riski yaradır. Geosiyasi dəyişikliklərin təsiri ilə dünya bazarındakı yenidənqurma prosesləri davam edir, eləcə də normativ mühit dəyişir. İlk plan razılaşdırılmış miqyaslı tədbirlərin həyata keçirilməsi zəruriliyini əhatə edir.
Məqsədimiz bu cür çətinlikləri inkişaf amillərinə çevirməkdə müştərilərə yardımçı olmaqdır. Məsələn, ərazi baxımından kənar olan və çoxplanlı bazarlarda fəaliyyətin idarə edilməsi ilə bağlı müştərilərə dəstək göstərmək üçün Deloitte yerli bazar şəraitinə dair dərin anlayışı ilə birgə özünün beynəlxalq şəbəkədəki resurslarından (mütəxəssislərindən) istifadə edir. İnnovativ yanaşmalardan (beynəlxalq bazarda xidmətlərin təkmilləşdirilməsindən resursların bölüşdürülməsinə qədər bütün istiqamətlərdə) istifadə sayəsində şirkətlər üçün daha aktual olan sahələrdə beynəlxalq səviyyədə yüksək keyfiyyətli xidmətlər göstərmək imkanı əldə edirik. Fəaliyyətimizin beş istiqamətində investisiyalar ayırmağa davam edir və audit, kiber risklər, birləşmələr və qoşulmalar, analitika, kollektiv resursların cəlb edilməsi, süni intellekt, bulud hesablamaları, rəqəmsal texnologiyalar, əşyaların interneti kimi sahələrdə lider mövqeyimizi möhkəmləndiririk.
Əhatəli düşünmə bacarığı
Mütəxəssislərimizin auditor qismində beynəlxalq maliyyə bazarlarında satbilliyi qoruyaraq rəhbər funksiyalar icra etməsindən, müştəri problemlərini və ya cəmiyyət qarşısındakı daha böyük məsələləri həll etməsindən asılı olmayaraq, onlardan Deloitte ilə əməkdaşlıq etməklə yarada biləcəkləri qlobal təsir barədə düşünməyi xahiş edirik. Biz inanırıq ki, fasiləsiz təlim mədəniyyətimiz və məsuliyyət hissi bacarıqlı kadrların cəlb edilməsi və güclü liderlərin hazırlanması üçün ən mühüm məsələdir. Biz, təhsilin əhəmiyyətini anlayır və dünyanın müxtəlif ölkələrində Deloitte Universitetinin açılmasını təmin edirik.
Deloitte-un müsbət dəyişikliklər üçün səyləri yalnız müştərilərlə əməkdaşlıqda deyil, həm də sosial problemlərin həllinə yönəlmiş yerli layihələrdə əks olunur. Bu il mütəxəssislərimiz həvəskar layihələri üzrə işlərə 1,3 milyon saatdan artıq vaxt ayırmışlar. Deloitte yardım məqsədilə qeyri-kommersiya təşkilatlarına 75 milyon ABŞ dollarından artıq vəsait köçürmüşdür. Belə yardımların ümumi həcmi 225 milyon dollardan artıq olmuşdur. Həmçinin, davamlı inkişafın təmin edilməsi və “BMT-nin Qlobal müqaviləsi” təşkilatına dəstək prioritet istiqamətlərdəndir.
Aşağıda hər gün məqsədlərimizə doğru irəliləməyimizə aid nümunələr göstərilmişdir. Əvvəldə qeyd olunduğu kimi, biz bütün fəaliyyətlərimizdə irəlidə olmağa səy göstəririk. Biz müştərilərə rəqabət qabiliyyətli həllər təklif edir, müəyyən edilən biznes məqsədlərinə nail olmalarına imkan yaradır, əməkdaşlarımızın peşəkarlıq səviyyəsini artırır və yerli icmaların həyat tərzinin yaxşılaşdırılmasına yardım edirik.
Bacarıqlı mütəxəssislərdən ibarət heyəti idarə etməkdən və fəxr ediləsi nəticələrə nail olan yüksək peşəkarlığa malik həmkarlarla əməkdaşlıq etməkdən məmnunuq.

Hörmətlə,
Punit Renjen, Deloitte-un beynəlxalq şəbəkəsinin baş direktoru
Devid Krukşank, Deloitte-un beynəlxalq şəbəkəsinin Direktor Şurasının sədri

Did you find this useful?