deloitte growth technology people

Haqqımızda

Deloitte Haqqında

Dəyər yaradan tarixçəmiz

Gördüyümüz hər bir işdə mükəmməllik standartlarına sadiq qalmaq əsas missiyamızdır.

Bizim ölçümüzü, xidmət sahələrimizin müxtəlifliyini və fəaliyyət tariximizi əks etdirən fakt və rəqəmlər əhəmiyyətli olsa da, Deloitte-un müştərilər üçün yaratdığı dəyərlə müqayisədə ikinci dərəcəlidir.

Beləliklə, “Deloitte-u fərqləndirən nədir?” sualını cavablandırarkən konkret olaraq Deloitte-un üzv şirkətlərin müştərilərinə və əməkdaşlarına dəstəyini, mühüm məqsədlərə nail olmaq, mürəkkəb məsələlərin həllini tapmaq və ya böyük nailiyyətlər əldə etmək üçün cəmiyyətin müxtəlif sahələri üçün göstərdiyi xidmətləri qeyd etmək olar. Bizim həyata keçirdiyimiz işlərin əsasında prinsiplərimiz, davranışlarımız və gücümüzə inam dayanır.

150 illik fəaliyyətimiz nəticəsində 150 ölkədə və ərazidə təxminən 286,000 mütəxəssis ilə audit, vergi, hüquq, maliyyə, risk üzrə məsləhət xidmətləri göstərərək xidmətlərimizin əhatə dairəsi və növü genişlənmiş, lakin ümumi mədəniyyətimiz dəyişməz olaraq qalmışdır.

Biz yalnız yaxşı olmaqla kifayətlənmirik. İstəklərini həyata keçirməkdə müştərilərə yardımçı olmaq, cəmiyyətdə fərqli mövqe tutmaq və işçilərimizin uğurunu artırmaq üçün gördüyümüz hər bir işdə ən yaxşı olmaq məqsədimizdir. Hər bir fəaliyyətimizin kökündə sadiqlik prinsipi və insani keyfiyyətlər dayanır. Deloitte ölçüsü, yeri və təklif etdiyi xidmətlər ilə deyil, məhz bununla fərqlənir. 

 

Deloitte Azərbaycan Deloitte CİS Holdings Limited (“Deloitte MDB”) müəssisəsinə daxildir və Deloitte Touche Tohmatsu Limited şəbəkəsinin üzv şirkətidir. Deloitte Azərbaycan haqqında ətraflı məlumatı buradan əldə edin.

“Deloitte” qlobal olaraq müstəqil üzv şirkətlərdə müştərilərə audit, maliyyə, risk, vergi üzrə məsləhət xidmətləri, konsaltinq və digər əlaqəli xidmətlər göstərərək on minlərlə peşəkarın əməkdaşlıq etdiyi bir markadır.

Bu şirkətlər Böyük Britaniyanın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited (“DTTL”) şəbəkəsinin üzvləridir. Hər bir DTTL üzvü konkret coğrafi ərazilərdə xidmətlər təqdim edir və fəaliyyət göstərdiyi ölkənin və ya ölkələrin qanunvericiliyinə və peşə qaydalarına tabe olur. Hər bir DTTL üzvünün strukturu yerli qanunvericilik, normativ aktlar, qəbul edilmiş təcrübə və digər amillər əsasında qurulur və törəmə müəssisələr, filiallar, digər əlaqəli müəssisələr vasitəsilə müvafiq ərazidə peşəkar xidmətlərin göstərilməsini təmin edir. DTTL üzv şirkətlərinin heç də hamısı eyni xidmətlər göstərmir və dövlət mühasibat uçotunun qaydalarına və müddəalarına uyğun olaraq müştərilərin təsdiqlənməsi üçün müəyyən xidmətlər olmaya bilər. DTTL və hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir və biri digəri qarşısında hər hansı bir öhdəliyə malik deyil. DTTL və hər bir üzv şirkət yalnız öz hərəkət və səhvlərinə görə cavabdehdir. DTTL (Həmçinin, “Deloitte Qlobal”) müştərilərə xidmətlər göstərmir.

learn about Deloitte

Faktlar və rəqəmlər

Deloitte-un üzv şirkətləri 150-dən çox ölkədə və ərazidə audit, vergi, maliyyə, risk üzrə məsləhət, konsaltinq xidmətləri və əlaqədar xidmətlər göstərən 286,000-dən artıq peşəkar mütəxəssisə malikdir. 2018-ci il üzrə müəssisənin dövriyyəsi 43.2 milyard ABŞ dolları təşkil etmişdir. Digər illər üzrə müqayisəli məlumat üçün aşağıdakı cədvələ baxın:

 

Deloitte rəqəm ilə:

 

    2018 2017 2016 2015 2014 2013 2012 2011 2010 2009 2008 2007 2006
Gəlir
(ABŞ dolları, milyard)

$43.2

$38.8

$36.8 

$35.2

$34.2

$32.4

$31.3

$28.8

$26.6

$26.1

$27.4

$23.1

$20.1

İşçi sayı 286,000 263,900 244,400 225,000 210,400 200,000+ 193,000 182,000 170,000 169,000 165,000 150,000 135,000
Ölkələr 150+ 150+ 150+ 150+ 150+ 150+ 150+ 150+ 150+ 140 140 142 136

 

 

2017

2016

2015

2014

2013

2012

2011

2010

2009

2008

2007

2006

Revenues 
(US$ in billions)

$38.8

$36.8 

$35.2

$34.2

$32.4

$31.3

$28.8

$26.6

$26.1

$27.4

$23.1

$20.1

People

263,900

244,400

225,000

210,400

200,000+

193,000

182,000

170,000

169,000

165,000

150,000

135,000

Countries and territories

150+

150+

150+

150+

150+

150+

150+

150+

140

140

142

136

Did you find this useful?