Deloitte Announces Record Revenues of $34.2 billion

Xəbərlər

Deloitte 34.2 mlrd ABŞ dolları məbləğində rekord gəlirin əldə edildiyini bildirir

«Deloitte»a üzv şirkətlər 31 may 2014-cü il tarixdə bitən maliyyə ili üçün 34.2 mlrd ABŞ dolları məbləğində rekord məcmu gəlirin əldə edildiyini bəyan edir. Bu il iqtisadi inkişaf dövründə beşinci yeri tutmaqla dünyanın bütün məkanlarından şirkətin xidmətlərinə yüksək tələbin olması ilə yadda qaldı. Şirkətlər qrupunun ümumi gəliri yerli valyuta ilə 6.5% artmışdır, bu da dollarla ifadə olunarkən 5.7%-ə bərabərdir.

Siyahıda 1-ci yeri konsaltinq tutur, burada inkişaf göstəriciləri 2 rəqəmlidir (10.3% yerli valyuta ilə), 2-ci yerdə vergi və hüquq sahəsində (7.7%) xidmətlər tutur. Korporativ maliyyə və müəssisədəki risklərin idarə edilməsi sahələrində də mühüm inkişaf müşahidə olunur (müvafiq olaraq 6.8% və 4.2%). Audit xidmətləri üzrə gəlir 2.5% təşkil etmişdir, bu da o deməkdir ki, hətta audit xidmətləri üzrə keyfiyyətə nəzarətin təmin edilməsinə qoyulan mühüm sərmayələri nəzərə almaqla müsbət inkişaf tempi müşahidə olunur.
Deloitte MDB şirkətinin idarəedici partnyoru Devid Oven qeyd edir ki, 2014-cü il ərzində regionda müşahidə olunan iqtisadi-siyasi dəyişikliklərə baxmayaraq 2014-cü ilin may ayında başa çatan maliyyə ili üzrə Deloitte MDB-nin gəlir artımı yerli valyuta ilə 7% təşkil etmişdir. «Bir sıra digər regionlarda olduğu kimi bu artım vergi və hüquq, konsaltinq və korporativ maliyyəni özündə birləşdirən konsultasiya xidmətləri həcminin artması sayəsində əldə olunmuşdur. Bu fəaliyyət sahələri əsas sektorlar üzrə balanslaşdırılmış müştəri portfeli ilə xarakterizə olunur. İdarəetmə mühitində artan çətinliklər və iqtisadi vəziyyətin pisləşməsi yeni maliyyə ilində gəlirlərin artırılması planlarına mane olur. Lakin bizim planlarımız məqbul hədəfləri əks etdirir və yerli valyuta ilə 2 rəqəmli gəlir göstəricilərinin əldə olunmasına və müştərilərimizin tələblərinə maksimum dərəcədə cavab verən yüksək keyfiyyətli xidmətlərin göstərilməsinə yönəlmişdir.

Sektorda qlobal liderlik  

Rəqəmsal transformasiya, geosiyasi dəyişikliklər və iqtisadi qeyri-sabitlik şəraiti ilə üzləşən müştərilər, eləcə də böyük həcmdə məlumatların təhlili edilməsi,
kiber hücumlara qarşı dayanıqlılığın təmin edilməsi, yeni normativ tələblərin istiqamətləndirilməsi, böhranın idarə edilməsi zərurəti Deloitte-dan yeni həllər tələb edir. Bu səbəbdən də şirkət əsas fəaliyyət istiqamətlərində müxtəlifliyi saxlamaq məqsədilə innovasiyaların inkişafına sərmayə qoyuluşlarını davam etdirəcək. Bura yüksək texnologiyalara investisiyalar, müasir analitika, yeni biznes modelləri, sahələrə uyğun həllər, eləcə də yüksək keyfiyyətli xidmətlərin göstərilməsi üçün qlobal miqyasda insan kapitalının inkişaf etdirilməsi daxildir.
 

 

Moskva, 24 Sentyabr 2014

Did you find this useful?