Perspektivlər
Deloitte brendi yenilənir
Deloitte Qlobal Brendinin Aparıcı İcraçı Direktoru Amy Fuller-dən
Bir təşkilatın brendi, bir ailənin evi kimidir, hətta belə demək olarsa, onun ən böyük gücüdür. Maraqlıdır ki, hər ikisi də eyni dərəcədə köhnəlir və yenilənməyə ehtiyac duyur.
On üç il.
Bu təqribən həmin o məqamdır ki, evlərdə yenilənmə lazım olur. Xalçalar nimdaş olur, rəngləri solur və illərlə yığılmış dekorasiyalar artıq bir-birinə uyğun gəlmir.
Bu həqiqəti brendlərə də aid etmək olar. Bir zamanlar təzə və qeyri-adi görünən, sonradan adiləşir və xoşagəlməz görünür, Wi-Fi-ı olmayan lakin saysız telefon xətləri ilə dolu ev kimi köhnəlir.
On üç il.
Deloitte öz brendini son dəfə on üç il əvvəl yeniləmişdi. 2003-cü il idi. Kameralı telefonlar bir yenilik idi o vaxtı. Apple şirkəti iTunes-u bazara çıxartdı. Facebook isə hələ yox idi.
Zaman, həmin il dunyaya yayılan Yaşıl Nöqtəyə qarşı çox mərhəmətli oldu. Bu gün yaşıl nöqtəni görənlərin yadına Deloitte düşür və əksinə. Şəbəkə və onun kiçik “dəyirmi uğur işarəsi”, birlikdə uğur gətirdi.
Bizim Məqsədimiz fərqli və əhəmiyyətli töhvələr verməkdir. Bu mqəsəd, Deloitte əməkdaşlarına təşkilatımız haqqında danışarkən ortaq dəstək nöqtəsi yaradıb. Bu prinsipi Deloitte-in köməkçi brend elementlərinə də tətbiq edərək, şəbəkə boyunca brendimizin yayılmasında ardıcıllığa nail olacayıq.
Brendimiz iyunun 15-də yenilənir və bizim məqsədimiz vahid brend arxitekturası və təkrarsız sistem yaratmaqdır. Müştərinin aid olduğu coğrafi məkandan, məşğul olduğu biznesdən, mütəxəssislərimizlə əlaqə saxlamaq üçün istifadə etdiyi cihazdan asılı olmayaraq, onlara sistemli və önəmli Deloitte təcrübəsindən faydalanacaq.
Deloitte-in vizual fərqliliyinin başlıca elementlərini rəng, şriftlər, görüntü və onların yerləşdiyi və inkişaf etdirildiyi əlavələr təşkil edir. Biz yeni vizual unikallığın elementlərini istər çap, istər rəqəmsal, və ya mobil cihazda güclü brend anlayışı təklif etmək ideyasının üzərində qurmuşuq. 2003-cü ildə bu yalnız arzuolunan bir məqsəd idi. Lakin indi günümüzün vacib məsələsinə çevrilib.
Deloitte-in yeni təkrarolunmaz brendi vizual elementlərlə məhdudlaşmır. Yazı və şifahi sözlər də daxil olmaqlar, bizim ünsiyyət vasitlərəmizi lazımınca tənzimləyir, bizə əsl öz şəxsiyyətimizi – inam, aydınlıq və bəşəri dəyərləri ifadə etmək imkanları yaradır.
Evin yenilənməsi kimi, bu dəyişikliklər də tədricən baş verəcək. Yeni sistem üçün brendin bir çox elementləri və materialları avqustun sonuna hazır olacaq. Emblemlər və simvolların hazırlanması bir az uzun vaxt çəkəcək və hədsiz xərclərin qarşısını almaq üçün ayrı - ayrı idarə olunacaq. Bu bir gecədə baş verməyəcək. Lakin, transformasiya prosesi başlayıb. Biz mövcud brendi güclü təməl üzərində yaradırıq və peşəkar xidmətlər təklif edən lider brend olaraq Deloitte-in gələcək artım və inkişaf investisiya yatırırıq.
Biz 13 il sonra və ya hətta beş il həyatımızda hansı texnoloji cihazların üstünlük təşkil edəcəyini bilmirik.
Bu gün əvəzsiz olan, daha sonra tez köhnələ bilir. Lakin biz onu bilirik ki, fərq yaratmağın əhəmiyyəti mühüm olaraq qalacaq. Bizim Məqsədimiz dəyişməzdir. Rəqiblərimizdən seçilməyimizi təmin etmək üçün bizim unikal brendimiz müasirləşməkdə davam edəcək.