Deloitte ranked #1 globally by revenue in security consulting services by Gartner for second consecutive year

Xəbərlər

Deloitte, təhlükəsizlik ilə bağlı məsləhət xidmətləri sahəsində gəlirə görə ardıcıl olaraq ikinci ildir ki, Gartner araşdırmalar mərkəzi tərəfindən 1-ci yerə layiq görülür.

Mətbuat yayımları

Mətn ilə tanış olun

Nyu York, NY, 25 iyun 2014-cü il - Deloitte Touche Tohmatsu Limited (DTTL) məmnunluq hissi ilə əldə edilmiş gəlirə əsasən Deloitte-in Təhlükəsizliklə bağlı Məsləhət Xidmətləri sahəsində ardıcıl olaraq ikinci ildə Gartner araşdırmalar mərkəzi tərəfindən dünya üzrə birinci yerə layiq görüldüyünü elan edir. Məlumat Gartner araşdırmalar mərkəzinin 14 aprel 2014-cü il tarixində dərc olunmuş Bazar Payı: Dünya üzrə Təhlükəsizliklə bağlı Məsləhət Xidmətləri 2013 adlı bazar payı təhlilində əks olunmuşdur.

Gartner araşdırmalar mərkəzinin tədqiqatına görə “Təhlükəsizliklə bağlı Məsləhət Xidmətləri biznes əməliyyatları və təhlükəsizlik üzrə texnologiya strategiyalarının effektivliyini təhlil etməkdə və artırmaqda şirkətlərə yardımçı olan xüsusi məsləhət xidmətləridir.” Gartner araşdırmalar mərkəzi hər il bütün təhlükəsizlik imkanları ilə bağlı əvvəlki təqvim ili üzrə bazar payının və mövqelərin təhlilini apararaq dərc etdirir. Hesabatda qeyd olunur ki, “Təhlükəsizliklə bağlı məsləhət xidməti bazarı artım tempi 6.2 faiz olmaqla 2012-ci ildə təxminən 13.2 milyard ABŞ dollarından 2013-cü ildə 14 milyard ABŞ dollarına qədər artmışdır.”

“Düşünürük ki, bu nəticələr müştərilərin Deloitte-in təhlükəsizliklə bağlı məsləhət xidmətlərindən məmnunluğunu əks etdirir”, deyə DTTL-in Müəssisədəki Risklərin İdarə edilməsi üzrə Qlobal Xidmətlər departamentinin İdarəedici Direktoru Adel Melek qeyd etmişdir. “Gərgin rəqabətə və bazarda çoxsaylı yeni iştirakçıların yaranmasına baxmayaraq, düşünürük ki, liderlik mövqeyimizi qorumaq və gücləndirmək üçün Deloitte-in fəaliyyətinin əsasını təşkil edən müştəriyönümlü yanaşmanın təsdiqlənməsi vacibdir”.

“Rəqəmlər yalan məlumat vermir”, DTTL-in Kiber Risk Xidmətləri üzrə Qlobal Departamentinin Rəhbəri Ted DeZabala bildirmişdir. “Düşünürük ki, rəqəmlər Deloitte-in xidmətlərinə - risklərlə bağlı tədbirlər görməkdə və biznes imkanlarından istifadə etməkdə müştərilərə köməklik göstərən kiber risk üzrə beynəlxalq səviyyəli xidmətlərə onların verdiyi yüksək dəyəri əks etdirir.”

Mətbuatla əlaqə
Marielle Legair
Qlobal Kommunikasiya
Deloitte Touche Tohmatsu Limited
Tel: +1 516 918 7170
Mobil: +1 347 213 0933
malegair@deloitte.com


Deloitte haqqında

Deloitte adı Birləşmiş Krallığın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış Deloitte Touche Tohmatsu Limited şəbəkəsinə daxil olan və ayrı-ayrılıqda hər biri müstəqil hüquqi şəxs olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə aid ola bilər. Deloitte Touche Tohmatsu Limited və ona üzv şirkətlərin hüquqi strukturu barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun.

Deloitte müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq, hüquq və maliyyə məsləhəti xidmətləri göstərir. Dünya üzrə 150-dən çox ölkədə əlaqəli üzv şirkətlər şəbəkəsi ilə Deloitte ən çətin iş məsələlərini həll etmək üçün müştərilərinə lazım olan ideyaları təmin etməklə onlara beynəlxalq səviyyəli imkanlar və yüksək keyfiyyətli xidmətlər təklif edir. Deloitte-un regiondakı 200,000 peşəkar mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır.

Did you find this useful?