Təfərrüatlar

Yeni koronavirusun yayılması ilə mübarizəyə hazırlıq 

Pandemiyaya hazırlıq üçün praktiki addımlar

Koronavirusun yeni forması ilk dəfə 2019-cu ilin dekabr ayında Xubey əyalətinin Uxan şəhərində müəyyən olunmuşdur. Əhalinin sağlamlığına olan təhlükənin artması ilə əlaqədar dövlət orqanları  beynəlxalq səviyyədə tədbirlər görməyə başlamışlar ki, bu da işgüzar cəmiyyətin pandemiyaya hazır olmaqla bağlı öz tədbirlərini yenidən nəzərdən keçirmək zərurətini yaratmışdır.  

Bügünə Çində və onun hüdudlarından kənarda minlərlə yoluxma halları qeydə alınmışdır. 

Koronavirus epidemiyası COVID-19 nəinki Deloitte-un müştərilərinə və əməkdaşlarına, eləcə də bizim işlədiyimiz və yaşadığımız bütün ölkələrə təsir edir.  Biz beynəlxalq böhran şəraitində riskləri azaltmağa yardımçı ola biləcək tədbirlər haqqında informasiya materiallarının toplusunu tərtib etmişik. 

Dövlət orqanları Çində və dünyada səyahət zamanı təhlükəsizliyin təmin edilməsinə dair məqalələr dərc etməklə, bütöv şəhərləri karantinə bağlamaqla və Beynəlxalq Səhiyyə Təşkilatının  (BST) Fövqəladə Hallar Komitəsinin iclaslarını təşkil etməklə əhalinin sağlamlığına qarşı yaranmış təhlükə ilə bağlı beynəlxalq miqyasda mübarizə aparmaq üçün bir sıra tədbirlər həyata keçirirlər.

Təhlükənin artması biznes və cəmiyyət tərəfindən pandemiyaya hazırlıq tədbirlərinin işlənib hazırlanması zərurətini yaratmışdır. Hadisələrin sürətlə inkişaf etməsi səbəbindən  müəssisələrin soyuqqanlılığı saxlamaqla fövqəladə hallara əvvəlcədən hazırlıqlı olması vacibdir.

Tez reaksiya və sürətli cavab tədbirləri

•  Şirkətin məruzqalma dərəcəsini qiymətləndirin. Çinlə fəal əməkdaşlıq edən şirkətlər təhlükənin artdığı şəraitdə daha həlledici qərarlar verməlidirlər. Müəssisənin yaranmış təhlükəyə məruzqalma və dayanıqlılıq dərəcəsini düzgün qiymətləndirmək tələb olunur.

•  Pandemiyaya və böhran şəraitinə cavab tədbirlərini nəzərdən keçirin. Müəssisənizdə dayanıqlılığın təmin edilməsi üçün əsas şərt pandemiyaya cavab üçün planların və siyasətlərin yenilənməsindən ibarətidir. 

•  Müvafiq cavab hazırlayın. Müəssisənin fəaliyyətinin təmin edilməsi və ya dayandırılması ilə bağlı əsas amilləri müəyyən edin, eləcə də əsas heyəti, funksiyaları və əməliyyat mərkəzlərini müəyyən etmək üçün müəssisənin fasiləsiz fəaliyyətinin təmin edilməsi prosedurlarını nəzərdən keçirin.

•  Beynəlxalq ezamiyyələrə nəzarət edin. Müəssisə yoluxma hallarından zərər çəkmiş bütün ərazilərə səfərlərin edilməsi ilə bağlı son təlimatları dəqiqliklə izləməli, eləcə də şirkətin ezamiyyə siyasətini yenidən nəzərdən keçirməlidir. Bütün kənar təchizatçılarla fəaliyyətlərin razılaşdırılması və ezamiyyədə olan heyətə operativ dəstəyin göstərilməsi imkanları təmin edilməlidir.  

Kommunikasiya

•  İşçilərlə ünsiyyətin saxlanması. İşçilər haqlı olaraq şirkətlərindən dəqiq və etibarlı məlumatı təmin etmələrini gözləyirlər. Məlumat daxili iclaslarda verilə bilər: rəsmi dövlət orqanlarının məlumatları və infoqrafikası ilə paylaşın , xəstəliyin əsas simptomları və qabaqlayıcı tədbirlər barədə işçilərinizin məlumatlılığını artırın, pandemiya ilə mübarizə planlarının nəzərdən keçirilməsi layihələrini təşviq edin. 

•  Əsas təchizatçılarla əlaqə qurun. Müəssisələr əsas tədarükçülərin pandemiyaya hazırlıq tədbirləri barədə məlumatlı olmalı və təhlükə yarandığı təqdirdə  hazırlığın cari vəziyyəti barədə daimi dialoqları dəstəkləməlidir.

•  Əsas maraqlı tərəflərlə əlaqə saxlayın. İstənilən növ hadisələrə hazırlığın təmin edilməsi məqsədilə müəssisələrin dövlət orqanları ilə yerli və milli  səviyyəsində qarşılıqlı əməkdaşlıq edəcəyi gözlənilir.  İnvestorlar və müştərilər daxil olmaqla digər maraqlı tərəflərlə ünsiyyətin saxlanması maraqlı tərəflərin etimadını qoruyub saxlamaq üçün mühüm əhəmiyyət kəsb edəcək.

Qəbul edilmiş tədbirlərin monitorinqi

•  Son tövsiyələrdən və xəbərlərdən məlumatlı olun. Beynəlxalq və milli səhiyyə təşkilatları davamlı olaraq məlumat və məsləhətlər təqdim edəcəklər. Həmçinin onlar təhlükənin artım sürətini əks etdirən son statistikanı dərc edəcəklər.  Müəssisələr təhlükəyə qarşı hazırlıq tədbirlərinin müəyyən edilməsi  zamanı bu məlumatdan istifadəni təmin etməlidirlər. 

•  Planlarınızı, siyasətlərinizi və prosedurlarınızı mütəmadi olaraq nəzərdən keçirin və yeniləyin. Fövqəladə hallara hazırlıq mərhələlik xarakter daşımalıdır. Planlar, siyasətlər və proseduralar uyğun olmalı və yaranan təhlükəyə ən effektiv şəkildə cavab vermək üçün dəyişdirilməlidir. Bu müəssisənin bütün hadisələrə hazırlıqlı olmasına və öz işçilərini, nüfuzunu və strategiyasını qoruya biləcəyinə əminlik yaradır. 

Did you find this useful?