Millennial Survey 2015

Təfərrüatlar

Deloitte Minillik Sorğusu 2015

Fərqləri unutmayın

Deloitte-in dördüncü illik Minilliyin Sorğusunun nəticələri göstərir ki, xüsusilə inkişaf etmiş bazarların biznesində işçi qüvvələrinin cəlb edilməsi və gələcəkdə saxlanması üçün əhəmiyyətli dərəcədə dəyişikliklər edilməlidir.

Deloitte effektiv rəhbərlik, müəssisənin necə fəaliyyət göstərməsi və onun cəmiyyətə təsiri ilə bağlı 29 ölkədən gələcəyin 7,800 liderinin iştirak etdiyi sorğu aparmışdır.

  • Sorğu iştirakçıları (75 faiz) əsasən düşünür ki, müəssisələr cəmiyyətin inkişafına dəstəkdən daha çox öz planları barədə düşünürlər. 
  • Sorğu iştirakçılarının yalnız 28 faizi hazırkı təşkilatda onların öz bacarıqlarından tam istifadə edildiyini düşünür. 
  • Yeni bazarların iştirakçıları ilə inkişaf etmiş bazarların iştirakçıları arasında aydın şəkildə hədəf boşluğu müşahidə edilməklə, iştirakçıların yarıdan artıq hissəsi (53 faiz) çalışdıqları təşkilat çərçivəsində lider və ya əksəriyyəti baş rəhbərliyin üzvü olmağa səy göstərir. 
  • İnkişaf etmiş bazarların 38 faizi ilə müqayisədə yeni bazar iştirakçılarının 65 faizi bu məqsədə nail olmaq niyyətindədir. Bu rəqəm kişi iştirakçılar arasında da yüksək olmuşdur.
  • Bundan əlavə, sorğu nəticəsində yeni bazarlarla (51 faiz) müqayisədə inkişaf etmiş bazarların (35 faiz) iri qlobal şirkətlərinin bu araşdırmada iştirak üçün daha az müraciət etdiyi müəyyən olundu. 
  • Həmçinin, inkişaf etmiş bazarlarda fəaliyyət göstərən sorğu iştirakçıları (11 faiz) şəxsi biznesin qurulmasına yeni bazarların iştirakçılarından (22 faiz) daha az meyillidirlər.

Ətraflı məlumatı aşağıda göstərilən infoqrafikdən və ya mətbuat yayımını oxumaqla əldə edə bilərsiniz. 

Fərqlərə fikir verin: Deloitte-in Minillik sorğusu 2015

Cəmiyyətə pozitiv təsir göstərmək üçün biznesin hansı rol oynaya biləcəyinə dair söhbətə qoşulun.

#ImpactThatMatters

Did you find this useful?