Deloitte Həyatı
Dünyada paylaşılan dəyər
Mədəni müxtəliflikdən gələn güc
Mədəni müxtəliflikdən gələn güc Deloitte-in paylaşılan dəyərlərindən biridir biz başa düşürük ki, müxtəlifliyimiz böyük imkanlar təmin edir. Rəqiblərimizin və daha geniş biznes mühitimizin iş yerində müxtəliflik və inkluzivlik ilə bağlı tədbirlər görməsindən xeyli əvvəl Deloitte-in üzv şirkətləri ilk yeri tutmuşdur.
1970-ci illərdə Deloitte-in üzv şirkətləri yerli bazarın prioritetləri əsasında mədəni dəyişiklik üçün təşəbbüslərin həyata keçirilməsinə başladılar və bir çox hallarda inkişafın qiymətləndirilməsi üçün hədəf və məqsədlər müəyyən olunmuş və nəticələr üçün rəhbərlik məsul hesab olunmuşdur. Dünya miqyasında üzv şirkətlərin niyyətləri ictimaiyyətə bildirilmiş və onlar biznes və sosial dəyişikliklər sahəsində nüfuzlu rəhbərlər kimi tanındılar.
Deloitte Touche Tohmatsu Limited-in (DTTL) rəhbərliyi iş yerində müxtəliflik və inkluzivlik üzrə dəstək səylərinin idarə edilməsi məqsədilə qlobal idarəetmə strukturu yaratdı. Gender müxtəlifliyi ilk prioritet idi. Qlobal və yerli miqyasda müxtəlifliklə bağlı səylər genişlənərək əlilliyi olan insanları, milli azlıqları, cinsi mənsubiyyəti, çoxmədəniyyətlilik imkanlarını və digər xüsusiyyətləri əhatə etmişdir. Deloitte-in hədəfi hər bir işçinin uğur imkanlarına malik olduğu bir iş yerinə çevrilməkdir, müxtəliflik və inkluzivliyə yanaşmamız isə bizim mükəmməllik nümunəsidir.