Perspektivlər
Baxışlar, Dəyərlər və Strategiya
Fərqli Deloitte mədəniyyəti
Dünya üzrə rəhbərlər və üzv-şirkətlərin partnyorları ilə birgə əməkdaşlıq nəticəsində hazırladığımız baxışlar və strategiyalar üzv şirkətlərimiz tərəfindən bütün sahələrdə mükəmməl xidmətlərin göstərilməsi üçün coğrafi, funksional və biznes sərhədləri üzrə Vahid bir tərəf kimi çalışmaq üzərində qurulmuşdur.
Bizim baxışlarımız dəyişmir: Biz Mükəmməllik nümunəsi, ən qabaqcıl müştərilərin və kadrların birinci seçimi olmağa çalışırıq
Bizim ümumi dəyərlərimiz zamana tabe deyil. Onlar Deloitte mədəniyyətini fərqləndirən prinsipləri qısaca təsvir edir.
Düzgünlük
Hesab edirik ki, nüfuzdan vacib heç nə ola bilməz və çox yüksək səviyyəli düzgün davranış bizim kimliyimizi təsdiqləyir. Biz davamlı və məsul biznes praktikalarının təmin edilməsi üçün ciddi səy göstəririk.
Bazar və müştərilərimizə verdiyimiz yüksək dəyər
Biz həm kapital bazarlarına, həm də üzv şirkətlərimizin müştərilərinə effektiv fəaliyyət göstərməyə köməklik edirik. Biz bu vəzifəni üstünlük kimi qiymətləndiririk və bilirik ki, bu ayıqlıq və ciddi səy tələb edir.
Bir-birimiz qarşısında öhdəliyimiz
Hesab edirik ki, sərhədsiz birləşmə mədəniyyətimiz bizim üstünlüyümüzdür və biz onu inkişaf etdirmək və saxlamaq üçün əlimizdən gələni edirik. Biz insanlarımıza hər vasitələrlə dəstək olmağa çalışırıq.
Fərqli mədəniyyət üstünlüklərimiz
Üzv şirkətlərimizin biznes tapşırıqları mürəkkəbdir və onlar kompleks fikirlərdən faydalanır. Fikrimizcə, müxtəlif sahələrdə ixtisaslaşmış, müxtəlif mədəniyyət və düşüncə tərzinə malik olan insanlarla birgə işləmək əməkdaşlarımıza daha kamil peşəkarlar və liderlər kimi yetişmək imkanı verir.