Həllər

Avropa Birliyinin gələcək Audit qanunvericiliyi

Auditor peşəsinə gözlənilən dəyişikliklər

Hazırda bütün diqqət Avropa Birliyinə (AB) yönəlmişdir, belə ki, Avropa Birliyinə üzv 28 ölkəni təmsil edən Litvanın sədrlik etdiyi Şuranın Avropa Parlamenti (Jüri Komitəsi) iştirakçıları və Avropa Komissiyası (AK) AB-nin gələcək audit qanunvericiliyi ilə bağlı ilkin razılaşma əldə etmişdir. Audit qanunvericiliyi ilə bağlı baş verəcək dəyişikliklərin həcmi hələ qarşıda məlum olacaq belə ki, ilkin razılaşdırılmış şərtlər AB-in qanunvericilik prosesindən, o cümlədən Avropa Parlamentindəki plenar (tam) səvermədən və bundan sonra Avropa Konsulluğunun rəsmi təsdiqindən asılı olacaq. Deloitte bu məsələni yaxından izləməyi davam etdirir.

Mətn ilə tanış olun

Gələcək audit qanunvericiliyi haqqında ilkin razılaşmanın əldə olunması Avropa Birliyinin qanunvericilik prosesindən asılıdır və onun tamamlanması bir neçə ay vaxt tələb edəcək. Audit qanunvericiliyinin necə qüvvəyə minməsindən asılı olmayaraq, qeyd olunduğu kimi, biz audit bazarına və auditorlarla onların yoxladığı müəssisələr, eləcə də belə şirkətlərin audit komitələri arasında iş münasibətlərinə dəyişikliklər olacağını ehtimal edirik.

Yeni qanunvericilik qəbul olunarsa nəşr olunduğu tarixdən 2 il 20 gün sonra bəzi keçid qaydaları əsasında tətbiq olunacaq. Bu o deməkdir ki, dəyişiklikdən yarana biləcək problem və məsələlərə qarşı hazırlıqlı olmaq üçün hələ vaxt vardır. Dəyişikliklərin auditorun dəyişməsi tələbi, yeni formada audit hesabatının hazırlanması və ya qeyri-audit xidmətləri göstərən şirkətin axtarışı ilə bağlı olub-olmamasından asılı olmayaraq belə dəyişikliklərin mümkün nəticələrini daha yaxşı anlamaq üçün hazır metodlar vardır. Öz şərtlərinizin dəyişəcəyinə hazırlıqlı olun və uyğunlaşın. Haradan başlayacağınızı bilmək istəyirsiniz?

AB-nin gələcək audit qanunvericiliyinin Sizə necə təsir edəcəyini müzakirə etmək üçün Qlobal Audit Heyəti və ya Deloitte-dan Müştəri Xidməti üzrə Aparıcı Partnyorunuz ilə əlaqə saxlayın.

Avropa Birliyindəki auditorların rəy və fikirləri

 

Deloitte-un audit üzrə partnyorları öz peşələri ilə bağlı şəxsi baxışlarını, bunun biznes və cəmiyyətə təsirini və onlar qarşısındakı növbəti məsələləri bölüşürlər.

Did you find this useful?