Audit Advisory

Xidmətlər

Audit üzrə məsləhət

İntellektual risk qərarları

Daxili audit müəssisənin dəyərini artırmaq və fəaliyyətini təkmilləşdirməyə yönəlmiş əminlik və konsaltinq fəaliyyətidir. Bu müəssisənizə risklərin idarə edilməsi, nəzarət və korporativ idarəetmə proseslərinin effektivliyini qiymətləndirmək və artırmaq üçün sistemli və nizamlı yanaşmanı tətbiq etməklə strateji məqsədləri yerinə yetirməyə yardımçı ola bilər. Deloitte-un üzv şirkətlərinin Audit xidmətləri Şura üzvlərinə və baş icraçılara müəssisədəki riskləri daha yaxşı idarə etməyə kömək edir. Deloitte-un peşəkar mütəxəssisləri isə, müəssisələrə effektivliyi, keyfiyyəti və daxili auditdən əldə etdiyi dəyəri artırmağa kömək edir. Deloitte-un risklər və fəaliyyətin təkmilləşdirilməsi, xüsusilə də ayrı-ayrı sənaye sektorları və bazar incəlikləri barədə geniş anlayışı daxili audit departamentlərinə öz fəaliyyətini və əməliyyat effektivliyini təkmilləşdirməyə və təşkilatın dəyərini artırmağa kömək edə bilər.

Deloitte-a üzv şirkətlərin autsorsinq layihələri vaxtaşırı təkrarlanır və illik planlaşdırma, illik planın icrası, rəhbərliyə və audit komitəsinə hesabat daxil olmaqla bütün daxili audit fəaliyyətlərinin yerinə yetirilməsindən ibarətdir. Autsorsinq sövdələşməsində müştəri şirkətdə baş audit rəhbəri həm ola, həm də olmaya bilər.

Daxili audit üzrə autsorsinq

Birgə layihələr dövri olaraq təkrarlanır və müəssisə üçün cəmi illik daxili audit saatlarının müəyyən faizini işləməkdən ibarətdir.

Daxili auditdə birgə resurslardan istifadə

Mövzu üzrə ekspertlərin cəlb edilməsi xüsusi fərdi layihələrin həyata keçirilməsindən ibarətdir və burada müştərilər daxili audit xidmətlərinin göstərilməsi üçün Deloitte mütəxəssislərinin bacarıq və təcrübəsinə ehtiyac duyur. Eynilə, Deloitte-a üzv şirkətlərin peşəkarları ya bütün layihəni sifarişçi adından həyata keçirir, ya da öz komandasını müştərinin resursları ilə birləşdirərək daxili audit layihələrini yerinə yetirir.

Daxili audit təcrübəsi /Kiçik və orta ölçülü müəssisələr üçün resurslar

Daxili Auditorlar İnstitutunun Daxili audit praktikası üzrə Beynəlxalq Standartları şirkətlərdən ən azı hər beş ildə bir dəfə öz daxili audit funksiyasının müstəqil keyfiyyət qiymətləndirməsini həyata keçirməyi tələb edir.

Daxili auditin effektivliyi üzrə yoxlamalar (QARs)

Daxili auditin transformasiyası layihələri daxili audit funksiyasının daha səmərəli işləməsi və yüksək dəyəri təmin etməsi məqsədilə onun inkişafına və transformasiyasına yardımçı olan tapşırıqlardır. Xüsusi diqqət sahələrinə aşağıdakılar daxil olmaqla, lakin bununla məhdudlaşmamaq şərtilə metodologiya, heyətlə bağlı məsələlər, texnologiyadan istifadə və daxili audit üzrə hesabat daxildir. Bu xidmətlərin alıcıları audit üzrə baş direktor, rəhbərlik və ya Direktorlar şurasının audit komitəsi ola bilər.

Daxili auditin transformasiyası