Industry Specialisation

Xidmətlər

Sənaye sahəsi üzrə ixtisaslaşma 

Biznesinizi başa düşən müvafiq sahə üzrə mütəxəssislər 

Biz hər sahə üzrə qruplaşmış heyət şəklində işləyərək fəaliyyətiniz haqqında ətraflı anlayış əldə edirik ki, bu da bizə səhvlərə yol vermədən auditin əsas elementlərinə diqqət vermək imkanı verir. Mütəxəssislərimizin biliyi dedikdə üzləşdiyimiz məsələlərdən asılı olmayaraq, bizim keçmişdə qarşılaşdığımız analoji məsələlər üzrə təcrübəmiz və malik olduğumuz yeni həllər toplusu nəzərdə tutulur.

Maliyyə xidmətləri sahəsi son illər diqqət mərkəzindədir, son dərəcə mürəkkəb və sürətlə dəyişən qanunvericilik göstərir ki, bu sahədə təcrübə mühüm əhəmiyyət daşıyır. Sergey Neklyudov və onun heyəti sizin audit tələblərinizi qarşılamaq üçün lazımi bilik və təcrübəyə malikdir.

Əsas əlaqələndirici şəxs: Tural Hacıyev

Maliyyə Xidmətləri Sahəsi (FSI)

 

İnnovasiyalar və qabaqcıl texnologiyalar ilə xarakterizə olunan bu sektorda  Deloitte dünyanın ən böyük brendlərindən bəzilərinin auditini həyata keçirir. Bütün bu təcrübədən Rusiya və MDB-dəki müəssisələr faydalana bilər.

Əsas əlaqələndirici şəxs: Tural Hacıyev

Texnologiya. Media, Telekommunikasiya (TMT)

 

Maşınqayırma, pərakəndə ticarət, turizm və otel biznesi kimi müxtəlif sektorları və bir sıra digər sahələri əhatə etməklə, Rusiya iqtisadiyyatının sürətlə inkişaf edən bu sektorları əsasən beynəlxalq partnyorları və uzun təchizat zənciri olan mürəkkəb müəssisələrdən ibarətdir. Andrey Sedov bu sektora yaxından bələd olan audit mütəxəssislərindən ibarət heyətə rəhbərlik edir.

Əsas əlaqələndirici şəxs: Tural Hacıyev

İstehlak və sənaye məhsulları (CIP)

Rusiya iqtisadiyyatında bu sektor üzrə əsasən böyük, coğrafi baxımdan müxtəlif və mürəkkəb şirkətlər fəaliyyət göstərir. Bizim heyətimiz bu sahədə dünyanın ən iri operatorlarından bəziləri ilə beynəlxalq və yerli təcrübəyə malikdirlər.

Əsas əlaqələndirici şəxs: Tural Hacıyev

Enerji və Resurslar (E&R)