Təfərrüatlar
Münsiflər heyəti
Best Managed Companies Azerbaijan
Cavid Quliyev
Cavid Quliyev 1994-cü ildə Azərbaycan Dillər Universitetinin xarici dillər fakültəsini bitirib. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və kredit" fakültəsini bitirməklə, ikinci ali təhsil alıb.
C. Quliyev öz əmək fəaliyyətini 1996-cı ildə, "British Bank of the Middle East" bankında (HSBC bankının törəmə bankı) Müştəri Xidməti Departamentinin Direktoru vəzifəsində başlayıb, 1999-cu ildə o, öz fəaliyyətini həmin bankın Maliyyə Nəzarəti Departamentinin Direktoru kimi davam etdirib. Elə həmin ildə C. Quliyev HSBC banklar qrupunun İdarəetmə Kollecini ("HSBC Group"-un Təlim İdarəetməsi Kolleci) bitirib.
2003-cü ildə C. Quliyev Unibankın İdarə Heyətinin müşaviri, 2004-cü ildə isə həmin bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 2005-2012-ci illər arasındakı dövrdə o, Bank Standardın İdarə Heyəti sədrinin birinci müavini olub.
2012-ci ildə C. Quliyev "Capital Resources Advisors" şirkətinin Azərbaycan filialının maliyyə məsələləri üzrə icraçı direktoru vəzifəsinə təyin edilib. 2014-cü ildə o, PAŞA Holdinq şirkətində baş müşavir vəzifəsinə təyinat alıb.
C. Quliyev PAŞA Bankda öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti Sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb. 23 fevral 2016-cı ildə C. Quliyev PAŞA Bankın İdarə Heyəti Sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti Sədrinin müavini, Baş Kommersiya İnzibatçısı vəzifəsinə təyin edilmişdir.
Cavid Quliyev “PAŞA Bank”ın İdarə Heyətinin Sədrinin səlahiyyətlərini icra edən şəxs kimi aprel ayının 12-də təyin edilmişdir.
Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev 9 iyun 2022-ci il tarixindən etibarən “PAŞA Bank”ın baş icraçı direktoru və idarə heyətinin sədri vəzifəsinə təyin edilib.
Zərinə Zeynalova
Zərinə Zeynalova Birləşmiş Krallığın Nottingem Trent Universitetinin İnsan Resurslarının İdarəedilməsi və İnkişafı üzrə diplomuna malikdir, ABŞ-ın Texas A&M Universitetinin İcraedici Rəhbər üzrə İnkişaf Proqramının məzunudur. O, İnsan Resurslarının İdarəedilməsi və İnkişafı üzrə Akkreditə Olunmuş İnstitutun (CIPD) üzvüdür. Azərbaycan Tibb Universitetinin bakalavr pilləsi üzrə məzunudur.
Z.Zeynalova dünyanın müxtəlif coğrafi bölgələrində 25 ildən artıq idarəetmə və təşkilati inkişaf üzrə peşəkar təcrübəyə malikdir. O, 20 il müddətində BP şirkətinin Azərbaycan, Birləşmiş Krallıq və ABŞ ofislərində müxtəlif rəhbər vəzifələrdə fəaliyyət göstərib. Həmçinin “PricewaterhouseCoopers” (PwC) və “Pasha Construction Group” şirkətlərində rəhbər vəzifələrdə işləyib.
Bəxtiyar Aslanbəyli
BP şirkətinin Kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezident, Xəzər regionu.
Bəxtiyar 20 ildir bp-də çalışır və o, kommunikasiya və xarici əlaqələr, vergi və gömrük məsələləri, etik normalar və tələblərə uyğunluq, habelə biznes xidmətləri kimi sahələrdə bir sıra rəhbər vəzifələrdə işləyib.
Peşəkar fəaliyyətindən əlavə, cənab Aslanbəyli həmçinin Bakı Dövlət Universiteti, ADA Universiteti və Bakı Ali Neft Məktəbində mühazirələr deyir. Cənab Aslanbəyli bir kitabın və 50-dən artıq peşəkar məqalə və şərhlərin müəllifidir. O, Bakı Dövlət Universitetindən Beynəlxalq Münasibətlər üzrə bakalavr və magistr dərəcələri alıb.
2017-ci ildə Bəxtiyar neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunub.
Fariz Ismayılzadə
Doktor Fariz İsmayılzadə (2006-cı ildən) Ada Universitetinin prorektoru, (2016 cı ildən) Dövlət İmtahan Mərkəzi Şurasının üzvü, Prinston Universitetinin (2021) keçmiş dəvətli elmi əməkdaşıdır. Həmçinin o, İnkişaf və Diplomatiya İnstitutunun Direktoru (İDD) və Ada Universitetinin rüblük aparıcı ingilis dilli jurnalı olan “Bakı dialoqlarının” Baş redaktorudur.
Cənab İsmayılzadə Maastricht School of Management-in doktorluq dərəcəsini almışdır. O, İE Business School-un (İspaniya) Rəhbərlər üçün MBA dərəcəsinə və St.Luis-də Vaşinqton Unversitetinin Sosial və İqtisadi İnkişaf üzrə Magistr dərəcəsinə və eləcə də Konnektikut, Uesliyan Universitetində bir illik aralıq təhsil ilə Bakı, Qərb Universitetinin Siyasi Elmlər üzrə Bakalavr dərəcəsinə malikdir.
Osman Xaliyev
1985-ci ildə Sumqayıt şəhərində anadan olub.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Ümumi iqtisadiyyat” fakültəsini “İqtisadi kibernetika” ixtisası üzrə bitirib.
2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “İdarəetmənin informasiya texnologiyası” üzrə magistratura pilləsini bitirib.
2012-2014-cü illərdə ABŞ-ın Brandeis Universitetində MBA ixtisası üzrə təhsil alıb.
2010-2011-ci illərdə Access Bank QSC-də əməliyyatlar üzrə mütəxəssis, 2011-2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında mütəxəssis olaraq fəaliyyət göstərib.
2014-2015-ci illərdə ABŞ-ın Boston şəhərində yerləşən “Global Atlantic Partners LLC” şirkətində məsləhətçi vəzifəsində çalışmışdır.
2016-2020-ci illərdə kənd təsərrüfatı və qida sənayesi sahələrində fəaliyyət göstərən bir sıra şirkətlərdə biznesin inkişafı üzrə menecer və direktor vəzifələrini icra edib.
2020-ci ilin noyabrında Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müşaviri təyin olunub.
2021-ci ilin iyun ayının 1-dən Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini vəzifəsini icra edib.
2022-ci il noyabrın 15-də İqtisadiyyat naziri Mikayıl Cabbarovun müvafiq əmri ilə Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Rəna Məmmədova
Dr. Rəna Məmmədova FMCG (Gündəlik Tələbat Malları) sektorunda 30 ilə yaxın təcrübəyə malik, tanınmış qadın biznes lideridir. O, Coca-Cola-nın milli və regional idarə edilməsində müxtəlif rəhbər rollarda çalışmışdır.
Rəna Məmmədova Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. O, 1987-ci ildən professional karyerasına başlamış və bu müddət ərzində Mərkəzi Elmi-Tədqiqat İnstitutunda, daha sonra isə Azərbaycan Sənaye, İnvestisiya və Kommersiya Bankında çalışmışdır.
1996-cı ildən etibarən Rəna Məmmədova “Coca-Cola İçecek” şirkətində fəaliyyət göstərməyə başlamış və şirkət daxilində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2004-cü ildə Coca-Cola-nın Azərbaycan Təchizat Sistemlərinin
rəhbəri vəzifəsinə təyin edilmiş, 2018-ci ildən etibarən isə Türkmənistan Təchizat Sistemlərinə də rəhbərlik etmişdir.
2020-ci ildə o, “Coca-Cola İçecek” Azərbaycanın Baş Direktoru vəzifəsinə təyin olunaraq, şirkətin tarixində bu vəzifəni tutan ilk azərbaycanlı və qadın rəhbər olmuşdur. Onun rəhbərliyi dövründə Coca-Cola İçecek Azərbaycan yüksək inkişafa nail olmuş və şirkət Azərbaycanda ikinci istehsalat zavodunun tikintisinə investisiya ayırmaq qərarı almışdır.
Rəna Məmmədova Amerika Ticarət Palatası (AMCHAM) Direktorlar Şurasının və Azərbaycan İdarə Heyətinin üzvü və Türkiyə İş Adamları Birliyinin (ATİB) Sədər Müavinidir. O, biznes idarəçiliyi, davamlı inkişaf və inkluziv iş mühitinin təşviqi sahəsində fəal iştirak edir. Xüsusilə qadınların və gənclərin gücləndirilməsi, innovasiya və davamlılıq məsələlərinə böyük əhəmiyyət verir.
Rəna Məmmədova bir sıra beynəlxalq universitetlərdə və təlim proqramlarında liderlik bacarıqlarını təkmilləşdirmişdir. O, Sabancı Universiteti (Türkiyə), Corciya Texnologiya İnstitutu (ABŞ), Miçiqan Dövlət Universiteti (ABŞ) və Harvard Universiteti (ABŞ) tərəfindən təşkil olunan təlim proqramlarında iştirak etmişdir. Rəna Məmmədova biologiya elmləri üzrə fəlsəfə doktorudur, bir çox nəşrlərdə məqalələri çap edilmişdir.