Təfərrüatlar

Suallar

Tez-tez verilən suallar

Tez-tez verilən suallar

Deloitte-dakı vakansiyalar haqqında haradan məlumat əldə edə bilərik ?

Deloitte-da mövcud olan bütün vakansiyalar haqqında məlumat bizim qlobal saytın karyera bölməsində yerləşdirilir. Siz mövcud olan vakansiyalar üçün axtarış apara və internetdə «Careers Gateway» («Karyera Portalı) səhifəsində öz profilinizi yerləşdirə bilərsiniz. Bizim səhifəmizi və statusu, axtarışa başlamaq üçün «Enter» düyməsini basın.

Xahiş edirik, tərcümeyi-halı birbaşa "Email Us" funksiyası ilə göndərməyin.

Bacarıqlarıma uyğun vakansiya tapa bilmədiyim halda nə etməliyəm?

Ümumi profil bölməsində geniş tərcümeyi-halı yerləşdirin. Şirkətimizin dünyanın 150-dən çox ölkəsində 600-dən artıq ofisi vardır. Gələcəkdə sizin bacarıqlarınıza və təcrübənizə uyğun vakansiyanın yaranacağı ehtimalı böyükdür. Siz barədə məlumat bütün şirkətlərimizin İnsan Resursları departamentlərinə seçim üçün təqdim olunacaq. Sizin bacarıq və təcrübənizi cari tələblərlə müqayisə edərək müvafiq vakansiya yarandığı təqdirdə Sizinlə əlaqə saxlayacağıq.

Hazırda bəzi ölkələrdə insan resursları departamentinin mütəxəssisləri namizədlərin ümumi profilini qəbul etmirlər. Beləliklə də, siz ölkələr siyahısında və ya ümumi profilin linkində hər hansı ölkəni görməyə bilərsiniz. Əlbəttə biz, Sizə mövcud olan bütün vakansiyaları nəzərdən keçirməyi və onların istənilən biri üçün müraciət etməyi tövsiyə edirik.

Xahiş edirik, tərcümeyi-halı birbaşa "Email Us" funksiyası ilə göndərməyin.

Deloitte şirkətinə tərcümeyi-halı necə göndərmək olar?

Sizin uğur əldə etmək imkanınızı artırmaq üçün biz Sizə profilinizi açıq vakansiyalardan birinə göndərməyi təklif edirik. «Careers Gateway» («Karyera portalı») səhifəsindən başlayaraq, öz səhifənizi və statusunuzu seçin və axtarışa başlamaq üçün «Enter» düyməsini basın.

Siz konkret ölkəyə ümumi sorğu göndərmək istəyirsinizsə, «Job Search» («İş axtarışı») bölməsinə keçin, «Search Jobs» («Vakansiya axtarışı») düyməsini basın. «Job Search Results» («Vakansiya axtarışının nəticələri») səhifəsində namizədin ümumi profilinə keçid vardır.

Nəzərə alın ki, bəzi ölkələrin insan resursları üzrə departamentinin mütəxəssisləri namizədlərin ümumi profillərini qəbul etmirlər. Beləliklə də, Siz ölkələr siyahısında və ya ümumi profil linkində öz ölkənizin adını görməyə bilərsiniz. Əlbəttə biz Sizə mövcud olan bütün vakansiyaları nəzərdən keçirməyi və onlardan istənilən birinə müraciət etməyi tövsiyə edirik.

Sizin tərcümeyi-hal birbaşa seçdiyiniz ölkəyə göndəriləcəkdir. Həmin ölkənin İR departamentinin mütəxəssisləri Sizin bacarıqlarınızı gələcək tələblərlə müqayisə edərək müvafiq vakansiya yarandığı təqdirdə Sizinlə əlaqə saxlayacaqdır.

Xahiş edirik, tərcümeyi-halı birbaşa "Email Us" funksiyası ilə göndərməyin.

Öz ölkəmi axtarış hissəsində tapa bilmədiyim halda nə etməliyəm?

Bu hazırda həmin ölkədəki ofisdə vakansiyanın olmadığını və ya Deloitte-un həmin ölkədə nümayəndəliyinin olmadığını əks etdirir.

Əgər Siz konkret ölkəyə ümumi müraciət göndərmək istəyirsinizsə, «Careers Gateway» («Karyera portalı») linkinə keçin, Öz ölkənizi və statusunuzu seçin, daha sonra ümumi profillərə keçin.

Nəzərə alın ki, bəzi ölkələrin insan resursları üzrə departamentinin mütəxəssisləri namizədlərin ümumi profillərini qəbul etmirlər. Beləliklə də, Siz ölkələr siyahısında və ya ümumi profil linkində öz ölkənizin adını görməyə bilərsiniz. Əlbəttə biz Sizə mövcud olan bütün vakansiyaları nəzərdən keçirməyi və onlardan istənilən birinə müraciət etməyi tövsiyə edirik.

Sizin tərcümeyi-hal birbaşa seçdiyiniz ölkəyə göndəriləcəkdir. Həmin ölkənin İR departamentinin mütəxəssisləri Sizin bacarıqlarınızı gələcək tələblərlə müqayisə edərək müvafiq vakansiya yarandığı təqdirdə Sizinlə əlaqə saxlayacaqdır.

Xahiş edirik, tərcümeyi-halı birbaşa "Email Us" funksiyası ilə göndərməyin

Profilin çatıb-çatmadığını necə bilmək olar?

Siz 24 saat ərzində Profilin çatması barədə tədiqnamə alacaqsınız. Bu Sizin təqdim etdiyiniz elektron poçt ünvanına göndəriləcəkdir. Əgər 24 saat ərzində təsdiqnamə gəlməzsə, «Email us» linkindən istifadə etməklə bu barədə bizə məlumat verin və biz tezliklə sizinlə əlaqə yaradacağıq.

Deloitte-un tələbə və məzunlar üçün proqramları barədə haradan məlumat əldə etmək olar?

«Careers Gateway» («Karyera Portalı») səhifsindən başlayaraq , «Student» pəncərəsində ölkənizi və dilinizi seçin, daha sonra axtarışa keçmək üçün «Enter» düyməsini basın.

Bu hissədə tələbələrin və məzunları hər ölkəyə uyğun işə qəbul prosesi barədə məlumat, eləcə də Deloitte-da bütün mühüm müsahibələrə hazırlaşmaq üçün tövsiyələr təqdim olunur.

Deloitte-da təcrübə keçmək və tələbə təqaüdü haqqında haradan məlumat əldə edə bilərik?

Təqaüd konkret ali təhsil müəssisəsindən asılı olduğundan, yaxşı olardı ki, ali təhsil müəssisəsinizin karyera məsləhətçiləri ilə əlaqə saxlayıb Deloitte-un Sizin təhsil müəssisənizə təqdim etdiyi təkliflər barədə maraqlanasınız.

Təcrübə keçmək üçün seçimlər ölkədən asılı olaraq dəyişir. Bu barədə ətraflı məlumat əldə etmək və müvafiq sorğu göndərmək üçün «Careers Gateway» («Karyera Portalı») səhifəsində «Student» pəncərəsində ölkənizi və dilinizi seçin, daha sonra axtarışa keçmək üçün «Enter» düyməsini basın.

Bizim ölkəmizdə Deloitte hər hanası karyera tədbirlərində iştirak edir ?

Deloitte şirkətinin iştirak etdiyi karyera tədbirləri haqqında məlumat əldə etmək üçün Karyera Tədbirləri linkini seçin. Bu səhifədə siz karyera tədbirlərinin keçirildiyi yer və açar söz vasitəsilə müvafiq axtarış apara bilərsiniz.

Əgər siz tələbə və ya yeni məzunsunuzsa, öz təhsil müəssisənizin karyera mütəxəssislərindən Deloitte nümayəndələrinin həmin təhsil müəssisəsinə səfər planlaşdırıb-planlaşdırmadığı barədə məlumat əldə edə bilərsiniz.

Deloitte-un hansı ölkələrdə ofisləri vardır?

Deloitte-un 150-dən çox ölkədə ofisləri vardır. Konkret ofisi tapmaq üçün «Offices» («Ofislər») linkindən istifadə edin. Daha sonra müvafiq ölkəni seçməklə axtarış parametrılərini azaltmaq olar.

Mənim bacarıq və təcrübəmin Deloitte-un hansı fəaliyyət istiqamətinə uyğun olduğunu haradan öyrənmək olar?

Şirkətimizin strukturu və departamentləri barədə ətraflı məlumat üçün tərəfimizdən yerinə yetirilən və funksiyalar adlandırdığımız xidmətlərin tam siyahısını əks etdirən «Where Do You Fit» («Hansı xidmət sahəsinə uyğunsunuz») bölməsinə daxil olun. Axtarışı tamamladıqdan sonra, Sizin bacarıqlarınızın hansı xidmət sahəsinə uyğun olduğunu və Sizi hansı perspektivlərin gözlədiyini başa düşmək üçün «Opportunity Analyzer» («Vakansiyaların təhılili) bölməsinə daxil olun.

Mənə maraqlı olan ölkənin təqdim etdiyi imtiyazlar barədə məlumatı haradan əldə edə bilərəm?

Konkret ölkənin təqdim etdiyi, məsələn sağlamlığın qorunması, işlə şəxsi həyat arasında tarazlıq, pensiya ödənişləri və sair kimi imtiyazlar barədə məlumatı «Benefits & Culture» («İmtiyazlar və Korporativ mədəniyyət») bölməsindən əldə edə bilərsiniz.

Deloitte davamlı təhsilə dəstək göstərir?

Deloitte uğurunun səbəbi ən yaxşı işçilərin işə qəbulundan və davamlı inkişaf üçün onlara investisiyalar qoymaqdan ibarətdir. Bu o deməkdir ki Sizin karyera hədəfləriniz dəyişdikcə biz Sizi lazımi vasitələr və təhsillə təmin edəcəyik. Davamlı təhsili dəstəkləyən qlobal və yerli təşəbbüslər barədə məlumatı «Learning and Development» («Təhsil və İnkişaf») bölməsindən əldə etmək olar.

İş effektivliyinin qiymətləndirilməsi prosesi necə təşkil olunur?

Ümumilikdə, işin effektivliyinin qiymətləndirilməsi prosesi Sizin işləyəcəyiniz ölkə və ya coğrafi regiondan asılı olaraq dəyişir. Adətən Siz barədə məlumat bizim İR departamentinin mütəxəssislərində olacaq. Onlar sizin təcrübə və bacarıqlarınızı sizin müraciət ediyiniz valansiyanın və ya hər hansı digər açıq vakansiyanın tələbləri ilə müqayisə edəcək. Əgər tərcümeyi-halınız baxılmaq üçün seçilərsə Sizinlə əlaqə saxlayacaqlar. Həmçinin Sizin Deloitte-un İR departamentinin məlumat informasiya bazasında saxlanılacaq.

Deloitte ilə müsahibəyə necə hazırlaşmaq olar ?

Müsahibədə yaxşı təəssürat yaratmaq üçün keçməli olduğunuz 7 mərhələnin əks olunduğu «Interview Tips» («Müsahibə ilə bağlı tövsiyələr») səhifəsinə daxil olun.

Deloitte şirkətində icraçı vəzifələr barədə haradan məlumat əldə edə bilərik?

İcraçı vəzifələr və üzv şirkətlərdəki hazırkı vakansiyalar barədə məlumat üçün Global Executive Careers saytına daxil olun.

Deloitte şirkətində partnyorun rolu nədən ibarətdir ?

Bu vəzifələr ümumi dəyərləri əks etdirsə də üzv şirkətlərdən asılı olaraq dəyişir. Daha ətraflı məlumat üçün Global Executive Careers saytına daxil olun.

Did you find this useful?