Təfərrüatlar

Namizədlərin seçim mərhələləri

Bizim seçim prosedurumuz Sizə biz haqda məlumat əldə etmək və bizə Sizi qiymətləndirmək üçün bərabər imkanlar yaradır. Bui sıra proseduralar vardır ki, bunları yerinə yetirməklə siz biz barədə daha çox məlumat əldə edəcəksiniz. Fürsətdən istifadə edərək suallar verin və bizdə olan vakansiyalar barədə daha ətraflı məlumat əldə edin.

Deloitte-da verilən imkanlar göstərir ki, biz seçim prosesinin düzgün və keyfiyyətli aparıldığına əmin olmaq üçün bir sıra metodlardan istifadə edirik. Ümumilikdə seçim prosesi aşağıdakı əsas mərhələlərdən ibarətdir:

İlkin seçim – Siz bizim onlayn portalda vakansiya üçün müraciət yerləşdirdikdə sizin tərcümeyi-halınız həmin vakansiya ilə məşğul olan İR mütəxəssisinə göndərilir. Mütəxəssislər sizin təcrübənizi (Deloitte-un “Karyera” səhifəsində müraciət etdiyiniz) vakansiya üzrə tələblərə istinad etməklə qiymətləndirir. Açıq vakansiyaya uyğunluğunuzu əks etdirən nə qədər çox informasiya təqdim etsəniz, bu vəzifəyə uyğunluğunuzu bir o qədər yaxşı qiymətləndirmək mümkün olar.

Müsahibə – Müsahibə aparmağımızın məqsədi namizədləri tələb olunan bacarıqlar nöqteyi-nəzərdən qiymətləndirməkdir. Bir qayda olaraq müsahibə zamanı siz bir və ya iki mütəxəssis ilə görüşürsünüz. Bu sizə bizim fəaliyyətimiz və mədəniyyətimiz barədə məlumat əldə etmək və Sizin bizə nə təklif edə biləcəyinizi nümayiş etdirmək imkanı verir!

Test – Bəzi vakansiyalar üzrə xüsusi tələblər olduğuna görə tərəfimizdən Sizin bilik və təcrübənizin uyğunluq nöqteyi-nəzərdən praktiki qiymətləndirməsini aparmaq tələb olunur. Test psixrometrik qiymətləndirmədən, sizin bacarıq və təcrübənizin, habelə biznes məsələləri həll etmə bacarığınızın qiymətləndirilməsindən ibarət ola bilər.

Yekun müsahibə – Bir qayda olaraq siz namizəd kimi qiymətləndirilmə üçün müraciət etdiyiniz fəaliyyət sahəsinin direktoru və ya partnyoru ilə görüşürsünüz. Bu müsahibə zamanı Sizin bacarıq və təcrübəniz, habelə Deloitte-da karyera qurmaq planları müzakirə olunacaq.

Biz bütün seçim mərhələlərində Sizinlə elektron poçt və ya telefon vasitəsilə əlaqə yaradacağıq. Vakansiya üçün müraciət edərkən aktiv əlaqə məlumatlarının təqdim olunduğunu bir daha yoxlayın.

Did you find this useful?