Karyera

Deloitte Həyatı

Deloitte-in əməkdaşları və mədəniyyəti onun mükəmməl iş yeri olmasının səbəbidir

Əməkdaşların Deloitte-i ən yaxşı iş yeri kimi qeyd etməsinin səbəbi budur. İşçilərin mükəmməlliyi nədən ibarətdir? Buna cavab vermək asandır. Onlar fərqlidirlər. Hər bir şəxs özünəməxsusdur və fəaliyyətdə ən yaxşı və ən ağıllı olmalarını görə fərqlənir, eləcə də öz nailiyyətlərinə və digərlərinin uğurlarına görə fəxr hiss keçirir.

Mədəniyyət nədir? Mədəniyyət iştirak, əməkdaşlıq, yüksək nəticə və imkan deməkdir. Deloitte hər bazar üzrə dəyərli mütəxəssislər işə götürür və işlərini yüksək səviyyədə icra etmək və uğur qazanmaq üçün onlara imkanlar təklif edir. Lap əvvəldən siz üzv şirkətlərin seçilmiş müştəri qrupuna xidmət göstərən və biznes üçün əhəmiyyətli daxili layihəyə yaxından dəstək göstərən qrupun bir üzvü olacaqsınız. Bundan əlavə, Deloitte inkişafınızı dəstəkləyən, bacarıqlarınızı artıran və məqsədlərinizə nail olmağa kömək edən imkanlar təklif edir.

Deloitte-dəki həyat çox fəal ola bilər. Karyerada uğura aparan yol asan deyil. Arzusunda olduğunuz karyeranı və həyatı qurmaq üçün müxtəlif seçim imkanlarına malik olacaqsınız. Müxtəlif güzəşt proqramları və münasib əmək haqqı özünüz, eləcə də hazırda və gələcəkdə əlaqədar olduğunuz şəxslər üçün lazımi təhlükəsizliyi təmin edəcək. Həmçinin, Deloitte 150-dən çox ölkədə fəaliyyət göstərdiyi üçün bu şirkətdəki həyat beynəlxalq iş imkanlarını əhatə edir. Bu Sizə uyğun həyatdırmı?