Təfərrüatlar
Ən zəngin futbol klublarının reytinqi – 2019
Yanvar 2019-cu il
Dünya üzrə ən yüksək maliyyə göstəriciləri olan futbol klublarının nailiyyətlərini əks etdirən “Ən zəngin futbol klublarının reytinqi”nə dair hesabatın 22-ci buraxılışını təqdim edirik.
2014-2015-ci illərdən sonra ilk dəfə Real Madrid maliyyə reytinqi üzrə birinci yerə çıxdı. Başa çatan dövrdə klub 750 mln. Avro qazanaraq, Barselonanı 60,5 mln Avro ilə (2-ci yer) geridə qoymuşdur. Beləliklə də, “Real” reytinq tarixində öz maliyyə göstəricilərinə görə 2-ci rekordu qoydu. 2017-2018-ci illər üzrə ilk 20-liyə daxil olan futbol klublarının məcmu gəliri 8,3 mlrd. Avro olmuşdur. Keçən ilin göstəriciləri ilə müqayisədə məcmu gəlirdə artım 6% təşkil etmişdir.
2019-cu il üzrə infoqrafika
2019-cu il üzrə “Ən zəngin futbol klublarının reytinqi”nə dair infoqrafikanı diqqətinizə çatdırırıq.