Anti-Bribery and Corruption Services

Təfərrüatlar

Rüşvətxorluq və Korrupsiya ilə Mübarizə Xidmətləri

Biz “Tələblərə əməletmə” kimi də tanınan, rüşvətxorluğun və korrupsiyanın qarşısını almağa yönəlmiş daxili qaydaları və prosedurları hazırlamaqda müştərilərimizə köməklik göstəririk.

Bizim Rusiya və MDB-də məhkəmə təcrübəmiz rüşvətxorluq və korrupsiya ilə mübarizə xidmətləri sahəsində aparıcıdır;

• Rüşvətxorluq və korrupsiya ilə mübarizə prosedurlarının tətbiqi məsələləri ilə bağlı dərin biliklərimiz var;

• Komandamız müxtəlif sənayelərdə çalışan iri şirkətlərlə əməletmə üzrə geniş təcrübəyə malik yüksək ixtisaslı peşəkarlardan ibarətdir;

• Deloitte-in Məhkəmə təcrübəsi Rusiyada və xaricdə rüşvətxorluq və korrupsiya ilə mübarizə proseslərinin artırılmasına dair bir çox layihələri uğurla həyata keçirmişdir.

Üstünlüklərimiz

1. Rüşvətxorluq və korrupsiya ilə mübarizə tədbirlərinin hazırlanması və tətbiqi, eləcə də nəzarət departamentinin bütün lazımi resurslarla təmin edilməsinə cavabdeh olan nəzarətçi şəxsin təyin olunması;

2. Etika Məcəlləsi daxil olmaqla daxili qaydalar və anti-korrupsiya prosedurları və bunların əməliyyatlara tətbiqi;

3. Şübhəli halları təhlil etmək və araşdırmaq üçün təhlükələri/qayda pozuntularını bildirən sistem üzrə qaynar xətt və prosedurlar;

4. Rüşvətxorluq və korrupsiya ilə mübarizə proseslərinin effektivliyinə müntəzəm nəzarət;

5. Maraqların toqquşmasını müəyyən etmək və əməletmə ilə bağlı risklərin qarşısının almaq üçün işçilərin və tərəfdaşların kompleks yoxlanması;

6. Məsləhət və təlim prosedurları.

Deloitte rüşvətxorluq və korrupsiya ilə mübarizədə əsas mexanizmlərin tətbiqinə və ya təkmilləşdirilməsinə köməklik göstərə bilər. 

 

 

Rüşvətxorluq və korrupsiya ilə mübarizə Xidmətlərimiz barədə daha ətraflı məlumat əldə edin.

Did you find this useful?