Təfərrüatlar

Daxili auditin saxtakarlıqla bağlı layihəsi

2010-cu il tarixdə Daxili Auditin Saxtakarlıqla bağlı apardığı sorğudan sonra Daxili audit funksiyalarının rolu saxtakarlıq riskinin idarə edilməsi və araşdırma öhdəliyi ilə bağlı inkişaf etməkdə davam edir. Rəhbərlik hələ də daxili auditdən asılıdır, belə ki, daxili audit onları müəssisə üzrə saxtakarlığa qarşı nəzarət tədbirləri ilə, eləcə də baş verdiyi hallarda saxtakarlığı müəyyən etmək və aşkar etmək imkanları ilə təmin edir.

Beləliklə də, Daxili audit funksiyası üzrə artan təzyiqlər və tələblər baxımından bu sorğu bir sıra məsələləri, eləcə də qanunvericilikdə davamlı dəyişikliklərin və müəssisə daxilində məlumatın toplanması və əməliyyata nəzarətlə bağlı çətinliklərin Daxili Auditin roluna təsir edib-etməməsini və Daxili audit funksiyalarının artan təzyiqləri qarşılamaq üçün bütün lazımi vasitələrlə təmin  olunub-olunmadığını əhatə edir.

Bundan başqa, sorğu saxtakarlığın müəssisələrə necə təsir göstərəcəyinə və Daxili auditin rolunun və öhdəliklərinin aparılan son sorğudan etibarən necə dəyişəcəyinə diqqət yetirir. Həmçinin biz saxtakarlığın aşkar edilməsi və  qarşısının alınması istiqamətində Daxili Auditin rolunu və Baş rəhbərliyin öz daxili audit funksiyasından gözləntilərini təhlil edirik.

Bu sahələrarası sorğunun nəticələri 2012-ci ilin mart və aprel aylarında Daxili Auditin rəhbərləri tərəfindən bir sıra suallara verilən cavablara əsaslanır.

Did you find this useful?