Xəbərlər
Dələduzluğun idarə edilməsinin əhəmiyyəti
5, 6 mart 2024-cü il
Praktiki təlim
“Dələdluzluğun idarə edilməsi” mövzusuna marağı olan tərəflərə Deloitte Akademiya, təşkilat daxilində dələduzluğun müəyyən edilməsi və qarşısının alınması sahəsində əsas çətinliklərin aradan qaldırılmasına dair təlim proqramı təklif edir. Bu proqram mütəxəssisləri dələduzluq risklərinin idarə edilməsi üzrə effektivliyi və nəticələri yüksəldən praktiki alətlərlə təmin edir. Təlimdə əhatə olunan mövzulara dələduzluğun müəyyən edilməsi, qarşısının alınması və azaldılması üçün əsas strategiyalar daxildir.
Dələduzluğun idarə edilməsi təlimində əhatə olunacaq mövzulara aşağıdakılar daxildir:
• Daxili nəzarət mütəxəssislərinin rolu
• Risk-yönümlü audit yanaşması
• Dələduzluq riskinin qiymətləndirilməsi: metodologiyalar və meyarlar
• Praktiki tapşırıq
• Dələduzluq riskinin və nəzarətlərin müəyyən edilməsi
• Praktiki tapşırıq
• Dələduzluq araşdırmaları
• Dələduzluq araşdırmaları: Araşdırma metodları
• Dələduzluq araşdırmaları: Qırmızı bayraqlar və dələduzluq planları
• Nəzarət və əməliyyatların sınaqdan keçirilməsi: seçmə üzrə yanaşmalar; sınaq metodologiyaları; aşkar olunmuş məsələlərin təhlili
• Yekun praktiki nümunə
Təlimin dili: İngilis/Azərbaycan dili
Təlimin qiyməti: 1000 AZN (ƏDV xaric).
Tarix: 5, 6 mart 2024-cü il
Vaxt: 10:00–17:30 (qeydiyyat 09:30-da başlayır)
Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti 25E, Bakı Ağ Şəhər ofisi
Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210.