Xəbərlər
İstedadların idarə edilməsi
23-30 aprel; 1 may 2024
Rəhbər şəxslər və HR peşəkarlar üçün (baş mütəxəssis vəzifəsindən başlayaraq) praktiki təlim
Təşkilatlar üçün istedadların təminatı (Talent pipeline) insan kapitalının idarə edilməsi sahəsində əsas narahatlıq doğuran məsələlərdəndir və hazırda İstedadların İdarə edilməsi şirkətlər üçün bir sərmayədir. Hər bir şirkət ən yaxşı və ən parlaq işçilərə sahib olmaq istəyir ki, bu da İstedadların İdarə edilməsi ilə mümkündür. Bir şirkət üçün adətən ən yüksək xərc təşkil edən element onun işçi qüvvəsidir. Bir şirkətin işçi qüvvəsi onun üçün ən yüksək xərcdirsə, bunun üçün sərmayə yatırımı məqsədə uyğunolarmı? İstedadların İdarə edilməsi sistemini uğurla tətiq edən şirkətlər daha bacarıqlı işçi qüvvəsi yetişdirilir və daha çox sayda yeni və keyfiyyətli işçilər cəlb edir.
Ümumiləşdirsək, İstedadların İdarə edilməsi müəssisə üçün xüsusi dəyərə malik, yüksək potensiallı şəxslərin sistemli şəkildə cəlb edilməsi, müəyyən olunması, inkişafı, saxlanması ilə bağlı strategiya və protokollar sistemidir.
Deloitte Akademiyası tərəfindən hazırlanmış yeni proqram biznes simulyasiyalar formasında təşkil olunub. Proqram İstedadların idarə edilməsi ilə bağlı nəzəri biliklərin rol oyunları ilə bərkidilərək biznes oyunları formasında interaktiv formada mınimsədilməsini nəzərdə tutur.
İSTEDADLARIN İDARƏ EDİLMƏSİ PROQRAMI AŞAĞIDAKILARI ƏHATƏ EDIR:
- “Future of work” prinsiplərinin İstedadların İdarə edilməsinə göstərdiyi təsirlər
- İstedadların idarə edilməsi üzrə fəaliyyət dövrəsinin (Talent Management Life Circle) başa düşülməsi (İşçilərin cəlb edilməsi, inkişafı, saxlanması və ”alumni”lər ilə iş)
- İstedadların idarə edilməsi strategiyasının insan resursları strategiyası ilə inteqrasiyası;
- Karyeranın idarə edilməsi: strategiya və siyasətlər, rəhbər vəzifələrə hazırlıq;
- Davamçının (Successor), yüksək potensiallı işçilərin (high-potential employee) və istedadlı əməkdaşların (Talent) müəyyən edilməsi üzrə nəzəriyyə və simulyasiya;
- Qrup işi: Kritik vəzifələrin və şəxslərin müəyyən edilməsi: nəzəriyyə və simulyasiya;
- Şirkətdə Talant İdarəetmə proqramı üçün məqsədlərin və əsas planların işlənib hazırlanması
- Qiymətləndirmələrin və peşəkar inkişaf planlarının hazırlanması
- İşçilərin saxlanması və cəlb edilməsinin təkmilləşdirilmə qaydasının öyrənilməsi
- Ev tapşırığının təqdimatı: İstedadların idarə edilməsi strategiyasının hazırlanması
İştirak haqqı: Bir şəxs üçün – 1000 AZN (ƏDV xaric)
Qrup üçün ( 1 şirkətdən 7 işçinin ayrı masada yerləşdirilməsi) – 5500 AZN (ƏDV xaric)
Tarix: 23, 30 aprel; 1 may 2024-cü il;
Təlimin dili - Azərbaycan dili.
Təlim proqramı Rəhbər şəxslər və HR peşəkarlar üçün (baş mütəxəssis vəzifəsindən başlayaraq) nəzərdə tutulur.