Xəbərlər

Deloitte Akademiyası

Təlim və seminarlar

Deloitte Akademiyası olaraq əsas hədəfimiz ən qabaqcıl üsullarla Sizə peşəkar bilik və bacarıqlarınızı artırmaqda yardımçı olmaqdır. Biz daimi olaraq fərdi və genişmiqyaslı korporativ təlim iştirakçılarına ən yeni və təkmilləşdirilmiş təlim proqramları təqdim edirik.

Korporativ təlimlər

Deloitte Akademiyası müştərilərin biznes ehtiyaclarına cavab verən korporativ təlimlərinin keçirilməsi üzrə ixtisaslaşmışdır.

Akademiyanın korporativ təlimlərinin proqramları iqtisadiyyatın müxtəlif sahələri, biznes proseslər və terminologiya ilə bağlı şirkətlərin əsas biznes ehtiyacları nəzərə alınmaqla tərtib edilir.

Bu təlimlər texniki müzakirə, biznes oyunu və simulyasiyalar vasitəsilə praktiki məsələlər üzrə dərin biliklər əldə etmək istəyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Akademiyada təlimlər real biznes mühitində zəngin təcrübəyə malik peşəkarlar tərəfindən keçirilir. 

 

Prinsiplərimiz

Uzunmüddətli əməkdaşlıq

Deloitte Akademiyası biznesin müxtəlif sahələrində çalışan mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına istiqamətlənən kompleks həllər təklif edir. Təlimlər iştirakçıların təcrübə, bilik və bacarıq səviyyəsinə uyğun olaraq təşkil olunur, peşəkar inkişaf və məsuliyyətin əhatə dairəsi nəzərə alınmaqla biznes bacarıqlarının davamlı inkişafına imkan yaradır.

Səmərəlilik

Deloitte Akademiyası tərəfindən keçirilən hər bir təlim, mövzusu ilə əlaqəli olan sahəyə xas incəlikləri və ən qabaqcıl təcrübələri özündə birləşdirir. Akademiya əldə edilmiş nəticələrin qiymətləndirilməsi və dəyişikliklərin təlim iştirakçılarının cari işində tətbiqinə yönəlmiş təlim sonrası dəstəyini təklif edir.

Təlim təqvimi

Did you find this useful?