Xəbərlər

Əmək haqqı hesablanması təlimi

15-16 noyabr 2023-cü il

Proqram insan resursları və mühasibatlıq sahələrdə çalışan peşəkarlar üçün nəzərdə tutulmuşdur və əmək haqqı hesabı ilə bağlı qanunvericiliyin bütün əsas aspektlərini ətraflı şəkildə əhatə edir.

Təlimin yekununda öyrənəcəksiniz:

  • Normal, natamam, qısaldılmış, çoxnövbəli və s. iş rejimlərdində əmək haqqının və ona əlavələrin  hesablanması
  • Muzdlu işlə əlaqədar gəlir vergisi
  • Sosial sığorta ayırmaları və işsizlikdən sığorta haqqı
  • Həyatın yığım sığortası hesablamaları
  • Məzuniyyət vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları
  • İşçilərin ezamiyyə qaydaları

 

Təlim aşağıdakı mövzuları əhatə edir:

  • Muzdlu işlə əlaqədar gəlir vergisi
  • Sosial sığorta ayırmaları və işsizlikdən sığorta haqqı
  • Həyatın yığım sığortası hesablamaları və vergiyə cəlb olunması
  • Orta əmək haqqı və onun hesablanması qaydası
  • Məzuniyyət (əmək, təhsil və yaradıcılıq, sosial) vaxtı üçün əmək haqqının ödənilməsi qaydaları
  • Peşələr (vəzifələr) əvəz edildikdə əməyin ödənilməsi
  • Müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi
  • Əvəzçilik üzrə əmək haqqının ödənilməsi
  • İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqının ödənilməsi
  • İş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməsi
  • Gecə vaxtı və çoxnövbəli iş rejiminə görə haqqın ödənilməsi
  • İş vaxtının cəmlənmiş uçotunun tətbiqi zamanı əmək haqqı hesablanması 
  • İşçilərin haqq-hesab sənədləri
  • İşçilərin ezamiyyə qaydaları

Təlim cədvəli və qiymət

Tarix və saat

15-16 noyabr 2023-cü il

Saat 09:00–17:00 (qeydiyyat 08:30-da başlayır)

Ünvan

Bakı şəhəri, 8 Noyabr prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir.

Təlimin qiyməti

İştirak haqqı 800 AZN (ƏDV xaric) təşkil edir. 

Fasilə

Təlim sessiyaları müddətində çay, qəhvə fasilələri təklif olunacaq.

Qeydiyyat

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun, və ya sorğunuzu academy@deloitte.az ünvanına yollayın.

Təlimin sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.

Did you find this useful?