Xəbərlər

HR - Əmək Hüququ üzrə Çempion

6 oktyabr 2020

Praktik təlim

Əmək qanunvericiliyi üzrə  bilik və bacarıqlarda olan boşluq  işçilərin hüquqlarının pozulmasına,  davamlı  məhkəmə proseslərinə və iş yerində ümumi məmnuniyyətsizliyə  səbəb ola bilər. Belə arzuolunmaz amillər bir qayda olaraq həm müəssisənin maliyyə nəticələrinə, həm də onun bazardakı nüfuzuna mənfi təsir göstərir. 

Bu səbəbdən fəaliyyətin miqyasından, növündən və ya sektorundan asılı olmayaraq istənilən müəssisədə uyğunluq tələblərinin yerinə yetirilməsinin əhəmiyyətini nəzərə alaraq, Deloitte Akademiya növbəti təlim sessiyasını Azərbaycan Respublikasının əmək qanunvericiliyinin öyrənilməsinə həsr etmişdir.

Təlimdə işə qəbul  prosesindən əmək müqaviləsinə xitam verilməsinə qədər bütün məsələləri əhatə edən yerli əmək qanunvericiliyi və beynəlxalq təcrübələr, xüsusilə də aşağıdakı mövzular barədə dəyərli məlumatlar əldə edəcəksiniz:

• İşə qəbul prosesi və işçinin işə qəbulu (vakansiyaların elan edilməsi, müsahibələr, iş şəraitinin və şərtlərinin razılaşdırılması); 

• İşçinin əmək münasibətlərinə cəlb edilməsi (əmək müqavilələrinin hazırlanması və rəsmiləşdirilməsi);

• İşçilərin fərdi məlumatlarının idarə edilməsi;

• Məzuniyyətin növləri, hesablanması və rəsmiləşdirilməsi qaydaları; 

• Əmək qabiliyyətinin itirilməsi və ezamiyyətlər (rəsmiləşdirmə və ödəmə qaydaları); 

• İş və istirahət vaxtı (iş rejiminin müəyyən edilməsi, iş saatlarının hesablanması və ödənilməsi);

• İş yerində sağlamlıq və təhlükəsizlik (tələblər, prosedurlar və rəsmiləşdirmə qaydaları);

• Əmək münasibətlərinə xitam verilməsi (səbəbləri, rəsmiləşdirmə və kompensasiya qaydaları);

• Fəaliyyətlə bağlı xüsusi öhdəliklər (tam maddi məsuliyyət, rəqabət, məxfilik, rüşvətxorluqla mübarizə və s).

Təlim hüquqşünaslar, İR mütəxəssisləri və işçilərin cəlb edilməsi ilə məşğul olan menecerlər üçün nəzərdə tutulub.

Təlim əmək qanunvericiliyi üzrə dərin bilikləri və çoxsaylı sənaye sahələri üzrə təcrübəsi olan hüquqşünaslar tərəfindən aparılacaq. Sessiya yalnız əmək qanunvericiliyinə istinad etməklə məhdudlaşmayacaq. Biz müvafiq məsələlər və beynəlxalq təcrübələrin müzakirəsi üçün nəzəriyyədən kənara çıxacağıq. İnteraktiv sessiyalarımızdan zövq alacaqsınız!  

Bu macəranın iştirakçısı olmaq fürsətini əldən verməyin!

İştirak haqqı (1 nəfər): 600 AZN (ƏDV daxil). 

İlkin qeydiyyatla bağlı güzəştdən faydalanmaq üçün 10 iyul tarixinədək qeydiyyatdan keçin!

Tarix: 6 oktyabr 2020-ci il

Vaxt: 09:00–18:00 (qeydiyyat 08:30-da başlayır)

Ünvan: Bakı Ağ şəhər Ofis Binası, Bakı şəhəri, Nobel pr. 25E

Qeydiyyatdan keçmək üçün +994 12 404 12 10 nömrəsi və ya academy@deloitte.az e-poçt ünvanı vasitəsilə Nərgiz İbrahimova ilə əlaqə yarada bilərsiniz. 

 

Did you find this useful?