Xəbərlər

"İnsan Resursları üzrə Assistent Proqramı"

Təlim proqramı praktiki misallar və biznes keyslər üzərində qurulmuşdur və insan resursları sahəsində karyerasını qurmaq istəyən gənc mütəxəssislər üçün nəzərdə tutulmuşdur.

Təlimin yekununda öyrənəcəksiniz:

  • İnsan resurlarının idarə edilməsinin əsasları
  • İnsan resurslarının idarə edilməsində ən son trendlər 
  • İnsan resurslarının idarə edilməsi sahələri
  • İnsan resursları üzrə assistentlərin effektivlik meyarları
  • Əmək qanunvericiliyinin əsasları
  • Praktiki məsələlər və biznes keyslər

 

Təlim aşağıdakı mövzuları əhatə edir:

  • İnsan resurslarının idarə edilməsinin fəlsəfəsi və məqsədləri, əsas anlayışlar
  • Deloitte- İnsan resurslarının idarə edilməsi trendləri
  • CIPD – İnsan resurslarının idarə edilməsi xəritəsi və etik davranış kodeksi
  • İnsan resurslarının planlaşdırılması
  • Müsahibənin keçirilməsi 
  • Liderliklə bağlı anlayışlar. HR lider konsepti
  • Performansın idarə edilməsində yeni trendlər
  • Motivasiya və mükafatlandırma
  • Əmək qanunvericiliyinin əsasları (əmək müqaviləsinin bağlanması, əmək müqaviləsinə xitam verilməsi, intizam tənbehləri, məzuniyyət hüququnun həyata keçirilməsi, ezamiyyə qaydaları)
  • Əmək haqqı hesablanması (muzdlu işlə əlaqədar gəlir vergisi, sosial sığorta ayırmaları və işsizlikdən sığorta haqqı) 
  • Deloitte İnsan Resurları üzrə Biznes Partnyor ilə görüş və müzakirə sessiyası
  • Yekun test.

 

Təlim cədvəli və qiymət

Tarix və saat

Təlim 03, 05, 10, 12, 17, 19, 20 dekabr 2019-cu il tarixlərində saat 09:00-dan 13:00-dək (son sessisya 2 saat olmaqla) keçiriləcəkdir.

Ünvan

Bakı şəhəri, Nobel prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir. 

Təlimin qiyməti

İştirak haqqı 700 AZN (ƏDV xaric) təşkil edir. Ödənişlər köçürmə yolu ilə Deloitte şirkətinin bank hesabına qabaqcadan köçürülərək həyata keçirilməlidir.

Qrup şəklində iştirak üçün 15% endirim bir təlim üzrə qeydiyyatdan keçmiş şirkətin hər bir əlavə işçisinə tətbiq olunacaqdır.

Fasilə

Təlim sessiyaları müddətində çay, qəhvə fasilələri təklif olunacaq.

Qeydiyyat

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun, və ya sorğunuzu academy@deloitte.az ünvanına yollayın.

Qeydiyyat üçün son tarix –20 noyabr 2019-cu il.

Təlimin sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.

Did you find this useful?