Xəbərlər
İT Auditi
31 oktyabr; 1 - 3 noyabr 2023
Praktik təlim
İT auditi İT sistemi və rəqəmsallaşdırılma üzərində nəzarətin qiymətləndirilməsi deməkdir. Onların müəssisənin idarəetməsinə, məramına, missiyasına və strateji hədəflərinə nə dərəcədə uyğun olub-olmadığını təyin edir.
Bu təlim proqramı
1. İT ilə biznesin strategiya və hədəflərinin uzlaşdırılmasına
2. İT proseslərinin imkanlarının və səmərəliliyinin artırılmasına
3. Kiber risklərin azaldılmasına
4. İT layihələrinin daha uğurlu olmasına
5. İT xərclərinin optimizasiyasına
məsul olan və yaxud bunu istəyən şəxslər üçündür.
Təlim proqramı aşağıdakıları əhatə edir:
• İnformasiya Texnologiyalarının Auditi və İnformasiya Sistemlərinin yoxlama prosesi
• Beynəlxalq təcrübələr və standartlar
• COBIT Metodologiyası
• İT-nin ümumi nəzarət mexanizmləri ilə tanışlıq
• Transformasiya edən şirkətlərdə İT risklərinin idarə olunması
• Kiber təhlükəsizlik riskləri - informasiya təhlükəsizliyini necə yoxlamaq olar.
• Mövcud İT trendləri və onların audit yanaşması: Digital, Outsource, Cloud, DevOps, Agile
Təlim Rus dilindədir.
Bir nəfər üçün iştirak haqqı: 1250 AZN (ƏDV xaric)
Tarix: 31 oktyabr; 1-3 noyabr 2023-cü il
Saat: 09:00–18:00-də (qeydiyyat saat 08:30-da başlayır)
Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti 25E, Bakı Ağ şəhər binası
Qeydiyyatdan keçmək üçün +994124041210 telefon nömrəsindən Nərgiz İbrahimova ilə əlaqə saxlayın və yaxud academy@deloitte.az elektron ünvanına məktub göndərin.