Xəbərlər
Maliyyə araşdırmaları: Effektiv müsahibə texnikaları
16 - 17 dekabr
Onlayn təlim
Bacarıqlı və lazımi hazırlıq keçmiş auditorlar, maliyyə nəzarətçiləri və digər yoxlama funksiyalarından olan əməkdaşlar düzgün müsahibə metodlarından istifadə edirlər.
Bunun nəticəsində onlar yoxlamanın əvvəlində və ya sənədlərə baxış zamanı gözlənilməyən məlumatları ortaya çıxara bilirlər.
Deloitte Akademiyası tərəfindən hazırlanan növbəti təlim məhz maliyyə nəzarətini həyata keçirən şəxslərin müsahibə aparmaq bacarıqlarının inkişaf etdirilməsinə yönəlmişdir.
Bu təlimdə aşağıdakıları öyrənəcək və praktiki tapşırıqlarla biliklərimizi möhkəmləndirəcəyik:
• Maliyyə araşdırmaları zamanı müsahibələrin aparılması nə üçün vacibdir;
• Müsahibələrin növləri;
• Müsahibəyə hazırlıq mərhələləri;
• Müsahibələr zamanı yol verilən əsas səhvlər hansılardır;
• Müsahibə aparılmasında hansı texnikalardan istifadə olunur;
• Uğurlu müsahibənin aparılması.
Təlimin dili: Rus dili
Təlimin qiyməti: 700 AZN (ƏDV xaric).
Tarix: 16-17 dekabr 2020
Vaxt: 10:30–13:30
Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına Nərgiz İbrahimovaya göndərin, və ya bizimlə əlaqə saxlayın: +994124041210 və ya +994502856167.