Xəbərlər
İş yerində nizam-intizam məsələlərinin tənzimlənməsi
26 sentyabr 2024
İş yerində nizam-intizam məsələlərin şəffaf və obyektiv həll edilməsi həm rəhbərliyin, həm də işçilərin marağında olmalıdır. Təcrübədə nizam-intizam məsələlərin ilkin mərhələdə effektiv həll olunması ilə vaxt və resurslara qənaət etməklə, işgüzar münasibətlərə minimum zərər vurulmasına nail olunur.
Deloitte Akademiyası tərəfindən hazırlanmış növbəti təlim nizam-intizam məsələlərində tətbiq olunan əmək qanunvericiliyi və insan resurslarının idarə edilməsi prinsipləri ilə bağlı bilik və bacarıqlarınızı inkişaf etdirəcəkdir:
• Nizam-intizam məsələləri üzrə beynəlxalq qızıl standartlar;
• Liderlik və kommunikasiya bacarıqları;
• Yerli qanunvericilik və onun praktiki tətbiqi.
• Əksər hissəsi analitik düşünmə və qrup işləri üzərində qurulmuş təlimdə aşağıdakı mövzular əhatə olunacaqdır:
• Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri
• İntizam tənbehinin növləri
• Biznes simulyasiya: iş yerində intizam xətası
• İşçiyə tövsiyə və xəbərdarlığın verilməsi
• Uğurlu kommunikasiya üçün GROW və SBI-BI modellərinin tətbiqi
• Biznes simulyasiya: intizam iclasının keçirilməsi
• Praktiki tapşırıq: yazılı xəbərdarlığın verilməsi
• Biznes simulyasiya: iş yerində işçinin növbəti intizam xətası
• İntizam tənbehinin rəsmiləşdirilməsi prosesi: izahatın alınması, faktların yoxlanılması və s.
• İntizam tənbehinin qüvvədən düşməsi
• Biliklərin yoxlanılması: Test
Təlimin müddəti: 8 saat
Təlimin dili: Azərbaycan dili
Təlimin qiyməti: 750 AZN (ƏDV xaric)
Təlim auditoriyası: HR mütəxəssislər, rəhbər şəxslər,
hüquqşünaslar
Təlimçi: Şəbnəm Sadiq, Nərgiz
İbrahimova
Ünvan: Deloitte Azərbaycan ofisi, 8 Noyabr pr. 25Е, Bakı Ağ Şəhər Ofis Binası
Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına
göndərə və ya, Nərgiz İbrahimova ilə +994502856167 telefon nömrəsi vasitəsilə əlaqə
saxlaya bilərsiniz.
Sizi təlimdə görməyi səbirsizliklə gözləyirik!