Xəbərlər
"Performansın idarə edilməsi" təlimi
Rəhbər şəxslər üçün intensiv praktiki proqram
Proqram praktiki misallar və biznes keyslər üzərində qurulmuşdur və rəhbər şəxslərin yüksək performans nümayiş etdirən komandaları qurmaq və idarə etmək üçün səriştələrini inkişaf etdirir.
Təlimin yekununda öyrənəcəksiniz:
- Performansın idarə edilməsi anlayışı və bu sahədə ən son trendlər
- SMART hədəflərin müəyyən edilməsi
- İşçilərin karyera inkişafında rəhbərin mentor və kouç kimi rolu
- İşçiyə fəaliyətinə dair rəyin bildirilməsi
- İşçilərin mükafatlandırılmasında rəhbərlərin rolu
Təlim aşağıdakı mövzuları əhatə edir:
- Performansın idarə edilməsi anlayışı
- Performansın idarə edilməsində rəhbərlərin rolu
- Yüksək performanslı iş mühitləri
- Performansın idarə edilməsi dövrü
- SMART hədəflərin müəyyən edilməsi
- İşçinin özünü qiymətləndirməsi
- İşçiyə fəaliyyəti ilə bağlı rəyin təqdim edilməsi
- DISC meyarları. İşçilərin psixoloji xüsusiyyətləri nəzərə alınmaqla rəyin təqdim edilməsi
- Total mükafatlandırma və onun elementləri
- Deloitte performans idarə edilməsi sistemi haqda məlumatlandırma
Təlim cədvəli və qiymət
Tarix və saat
Təlim 18, 20, 25, 27 oktyabr; 11 noyabr 2022-ci il il tarixində saat 09:00-dan 13:00-dək keçiriləcəkdir.
Ünvan
Bakı şəhəri, Nobel prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir.
Təlimin qiyməti
İştirak haqqı 400 AZN (ƏDV xaric) təşkil edir. Ödənişlər köçürmə yolu ilə Deloitte şirkətinin bank hesabına qabaqcadan köçürülərək həyata keçirilməlidir.
Fasilə
Təlim sessiyaları müddətində çay, qəhvə fasilələri təklif olunacaq.
Qeydiyyat
Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun, və ya sorğunuzu academy@deloitte.az ünvanına yollayın.
Təlimin sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.