Xəbərlər

Maliyyə sahəsində çalışmayan peşəkarlar üçün maliyyə təlimi

18-19 sentyabr 2024

Bu proqram satış, marketinq, hüquq, insan resursları, təlim və inkişaf, istehsal,  satınalma və digər sahələrdə çalışan peşəkarlara əsas maliyyə prinsiplərinə dair hərtərəfli ümumi biliklərin əldə edilməsində, habelə xərclərə qənaət, büdcə, yeni layihələr və inkişaf strategiyaları ilə bağlı mühüm qərarların qəbul edilməsində effektiv iştirak etməyə yardımçı olur. 

Praktiki təlimin nəticəsi olaraq iştirakçılar maliyyə hesabatlarını təhlil etmək, eləcə də maliyyə və mühasibat uçotunun əsaslarını başa düşmək imkanı əldə edir.  

Təlimdə aşağıdakı mövzular tədris ediləcəkdir:

  • Aktivlər, öhdəliklər və kapital anlayışlarının izahı;
  • Balans və Mənfəət və zərər haqqında hesabat;
  • Balans və Mənfəət və zərər haqqında hesabat nümunəsi;
  • Pul vəsaitləri haqqında hesabat;
  • Pul vəsaitləri haqqında hesabatın dolayı metodu;
  • Pul vəsaitlərinin hərəkəti haqqında hesabat nümunəsi;
  • Maliyyə hesabatlarının təhlili;
  • Dövriyyə kapitalının təhlili + (əlavə dövriyyə kapitalına olan tələb);
  • Likvidlik analizi;
  • Gəlirlilik təhlili;
  • Fəaliyyətin effektivliyinin təhlili;
  • Maliyyə hesabatlarında əks olunmuş məlumatın çarpaz üsulla yoxlanılması;
  • Maliyyə hesabatlarına dair nümunələr

Təlimin dili: Azərbaycan dili (təqdimat materialı İngilis dilindədir)

Təlimin qiyməti: 1000 AZN (ƏDV xaric)

Tarix: 18-19 sentyabr 2024

Vaxt: 09:00–18:00 (qeydiyyat 08:30-da başlayır)

Ünvan: Bakı şəhəri, 8 Noyabr prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası 

Qeydiyyat üçün qeydiyyat formasını doldurun.

Sorğularınızı academy@deloitte.az ünvanına Xəyalə Musazadəyə göndərin və ya zəng edin +994124041210.

Did you find this useful?