Xəbərlər
Risk Məktəbi: Daxili auditor hazırlığı
26-27 aprel 2022
Gənc mütəxəssislərin hazırlığı proqramları
Deloitte Qlobal Baş Daxili Auditor sorğusu Daxili Audit funksiyasının təsirinin gücləndiyini müəyyən etmişdir. Nəticələr görə, Baş Daxili Audit Rəhbərlərinin yalnız 40 faizi öz funksiyalarının təşkilat daxilində güclü təsirə malik olduğuna inanır. Sorğunun nəticələri həmçinin göstərir ki, əksər Daxili Audit funksiyaları öz təşkilatları daxilində böyük irəliləyiş əldə etsə də, bir çoxları təşkilatların inkişaf edən ehtiyacları ilə ayaqlaşmaqda çətinlik çəkirlər.
Texnologiya dəyişikliyinin tempi, yeni biznes modelləri, dəyişən qaydalar və biznes ekosistemlərinin yaratdığı mürəkkəb üçüncü tərəf münasibətləri daxil olmaqla bir sıra tendensiyalar Daxili Auditin rolunun dəyişməsinə səbəb olmuşdur.
Bugünkü biliklərə əsaslanan iqtisadiyyatda uğur qazanmaq üçün siz daima öz daxili audit funksiyanızı inkişaf etdirməli, təkmilləşdirməli və yeniliklər etməlisiniz. Deloitte Akademiyasında bizim məqsədimiz sizə peşəkar biliklərinizi genişləndirməyin ən yaxşı yollarını tapmaqda kömək etməkdir. Biz həmişə fərdi öyrənənlər üçün yeni və təkmilləşdirilmiş öyrənmə həlləri inkişaf etdiririk.
Təlim proqramı karyerasının başlanğıcında olan gənc auditorlara audit və əminliyin əsaslarını və praktikasını izah etməklə iştirakçıları hərtərəfli məlumatlandırmaq məqsədini daşıyır.
Təlimdə iştirak edən şəxslərin müvafiq sahədə minimum 6 ay, maksimum 2 ilədək təcrübəsi olmalıdır. Bu seçim meyarı təlimdə iştirak edən şəxslərin gözləntilərinin eyni səviyyədə qarşılanması məqsədini daşıyır.
Təlimin dili: Azərbaycan dili
Təlimin qiyməti: 750 AZN (ƏDV xaric).
Tarix və saat: 26-27 aprel 2022, saat 10:00-18:00
Təlimlə bağlı ətraflı məlumat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210 və ya +994502856167.