Xəbərlər

"Səriştə və davranış əsaslı işə qəbul müsahibəsi: Biznes simulyasiya"

11 - 12 noyabr 2021

Proqram praktiki misallar və biznes keyslər üzərində qurulmuşdur və insan resursları mütəxəssisləri, o cümlədən işə qəbul müsahibəsi aparan rəhbər şəxslər üçün nəzərdə tutulmuşdur.

Təlimin yekununda öyrənəcəksiniz:

  • Müsahibəyə necə hazırlaşmalı
  • Strukturlu müsahibənin aparılması
  • Şəxsiyyət profilinə görə namizədlərin fərqləri
  • İntervyu dəyərləndirməsi formasının analizi

 

Təlim aşağıdakı mövzuları əhatə edir:

  • İşə qəbul və seçmə prosesi
  • Seçmə metodları
  • İştirakçıların müsahibə təcrübələrinin müzakirəsi 
  • Müsahibəyə necə hazırlaşmalı
  • Qərəz («Bias») seçmə prosesinə necə təsir göstərir
  • Müsahibə strukturu
  • Namizədin motivasiyasının yoxlanılması
  • Namizədin yumşaq səriştələrinin yoxlanılması
  • Namizədin texniki səriştələrinin yoxlanılması
  • Davranış əsaslı strukturlu müsahibə
  • Effektiv sual vermə 
  • STAR müsahibəsi
  • DISC şəxsiyyət profili və onun işə qəbul prosesində tətbiqi 
  • Müsahibə əsnasında şirkəti necə təşviq etmək
  • Müsahibənin analizi
  • Müsahibə  dəyərləndirməsi forması
  • Sual-cavab sessiyası

Təlim cədvəli və qiymət

Tarix və saat

Təlim 11 -12 noyabr 2021-ci il saat 09:00-dan 18:00-dək keçiriləcəkdir.

Ünvan

Bakı şəhəri, 8 Noyabr prospekti 25E, Bakı Ağ Şəhər Ofis Binası, 8-ci mərtəbə. Təlimlər Deloitte Azərbaycan şirkətinin ofisində keçirilir. 

Təlimin qiyməti 

İştirak haqqı 500 AZN (ƏDV xaric) təşkil edir. Ödənişlər köçürmə yolu ilə Deloitte şirkətinin bank hesabına qabaqcadan köçürülərək həyata keçirilməlidir.

Fasilə

Təlim sessiyaları müddətində çay, qəhvə fasilələri təklif olunacaq.

Qeydiyyat

Qeydiyyatdan keçmək üçün qeydiyyat formasını doldurun, və ya sorğunuzu academy@deloitte.az ünvanına yollayın.

Təlimin sonunda Deloitte Akademiyası tərəfindən təlim iştirakçılarına kursu bitirmələri haqqında sertifikatlar təqdim olunacaq.

Did you find this useful?