Xəbərlər

Təqdimat bacarıqları üzrə praktiki təlim

15-16 dekabr 2022, 13 yanvar 2023

Deloitte Azərbaycan Akademiyası tərəfindən hazırlanmış növbəti təlim biznes mühitində təqimat bacarıqlarının inkişaf etdirilməsi üçün nəzərdə tutulmuşdur. Təlim proqramına həm Power Point-də təqdimatların hazırlanması, həm də onların əyani və virtual olaraq təqdim edilməsi üzrə hazırlıq daxildir. 

Təlim müddətində praktiki tapşırıqları həll etməklə aşağıdakıları öyrənəcəksiniz:

  • Big picture design. 
  • Power Point-də müasir slaydların hazırlanması üçün lazım olan əsas funksiyalar: Slide master, Gridlines, Animation, Crop, Smart Art, Infographics, Hyperlink, Icons, Eye dropper və s.
  • Təqdimatda hansı infoqrafika və şəkillərdən istifadə etmək olar?  
  • Virtual  və əyani təqdimat bacarıqları.

Təlim üç hissədən ibarət olmaqla həyata keçirilir:

  1. Təlimin əsas hissəsi.
  2. Ev tapşırığı üzrə hazırlıq. Bu hissədə hər bir təlim iştirakçısı üçün yekun təqdimata hazırlaşmaq üçün əlavə olaraq 30-45 dəqiqə vaxt ayrılır. 
  3. Təlim iştirakçılarının təqdimatları və qrup üzvləri tərəfindən qiymətləndirmə.

Tarix və saat: 15-16 dekabr 2022; 13 yanvar 2023, saat 09:00-18:00 (qeydiyyat saat 8:30-da başlayır)

Təlimin dili: Azərbaycan dili

Təlimin qiyməti: 800 AZN (ƏDV xaric).

Qeydiyyat üçün sorğularınızı academy@deloitte.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlayın: +994124041210 və ya +994502856167. 

Did you find this useful?