Xəbərlər

Birləşmə və satınalma layihələrinin hüquqi idarəetməsi

13 oktyabr 2020

Qlobal səviyyədə Deloitte Hüquq təcrübəsi müəssisə daxilində hüquq məsləhətçilərinə daha sürətli, daha effektiv, kompleks xidmətlərin göstərilməsi üçün əməliyyat modellərini təkmilləşdirilməyə yardımçı olur. 

Bu təlim kursunda birləşmə və satınalma layihələrinin idarə olunmasında hüququn rolu və hüquqi funksiyalar haqqında ümumi məlumat veriləcək, belə layihələrin hüquqi hissəsi üzrə addımlar, tövsiyələr və mülahizələr şərh olunacaqdır.

Hüquq məsləhətçilərimiz tərəfindən hüquqşünaslar üçün hazırlanmış və aşağıdakı mövzuları əhatə edəcək praktiki təlimimizdə iştirak edə bilərsiniz:

• Giriş: sövdələşmənin strukturu

• Köməkçi sənədlərin rolu: Niyyət məktubları, Anlaşma Memorandumu, Əsas şərtlər

• Hüquqi yoxlamanın idarə edilməsi

• Əsas məcburi sənədlərin hazırlanması ilə bağlı tövsiyələr: Səhmlər üzrə alqı-satqı müqaviləsi, Aktivlər üzrə alqı-satqı müqaviləsi, İnvestisiya və Səhmdar Razılaşması 

  •  İlkin şərtlər
  •  Bəyanat və zəmanətlər
  •  Sonrakı şərtlər
  •  Zərərin ödənilməsi
  •  Razılaşmalar
  •  Payların satışı

• Əməliyyatın tamamlanması və sonrakı fəaliyyətlər.

Dil: Azərbaycan (təlim materialları ingilis dilində olacaq) 

İştirak haqqı (1 nəfər): 600 AZN (ƏDV xaric).

İlk müraciət edən iştirakçılara təqdim etdiyimiz güzəştdən yararlanmaq üçün 15 avqust tarixinə qədər qeydiyyatdan keçin. 

Tarix: 13 oktyabr 2020

Vaxt: 09:00–18:00 (qeydiyyat saat 08:30-da başlayır)

Ünvan: Bakı Ağ şəhər Ofis Binası, Bakı şəhəri, Nobel pr. 25E

Qeydiyyatdan keçmək üçün +994 12 404 12 10 nömrəsi və ya academy@deloitte.az e-poçt ünvanı vasitəsilə Nərgiz İbrahimova ilə əlaqə yarada bilərsiniz.

 

Did you find this useful?