Bread

Xidmətlər

Deloitte-un Analitikası

Maliyyə xidmətləri

Dünya üzrə maliyyə xidmətləri göstərdiyimiz müştərilər daha çətin mühitlə qarşılaşırlar və onlar inkişaf etməkdə olan qanunvericilik və idarəetmə tələblərinə cavab verməlidirlər. Mənfəəti artırmaq və fəaliyyəti gücləndirmək üçün məlumatdan yeni üsullarla daha effektiv istifadə etmək vacibdir.

Daim dəyişən iqtisadi bazarlarda maliyyə institutlarının məlumatdan öz gəlirlərini saxlaması və artırması, daim dəyişən qanunvericilik mühitinə uyğun olması və fəaliyyətini gücləndirməsi üçün yeni üsullarla istifadə etmək vacibdir. Bu bir çox faktları nəzərdə tutur və bunlardan əksəriyyəti nə baş verdiyi və hansı səbəbdən baş verdiyini anlamaqdan, eləcə də hazırda və gələcəkdə müəssisənizi düzgün istiqamətə yönəldən qərarlar verməkdən ibarətdir.

Maliyyə xidmətləri təşkilatları öz fəaliyyətlərində daha səmərəli olmalı, lakin artan qanunvericilik və dövlət yoxlamaları üzləşdikdə müştərilərinin onlardan gözlədikləri xidmətləri göstərməyə davam etməlidirlər.

Bu, qlobal maliyyə təşkilatlarına gəlirləri saxlamaq və artırmaq, fəaliyyəti gücləndirmək və idarəediciləri, müştəriləri, investorları qane edəcək məlumatın şəffaflığını təmin etmək üçün lazımdır.

Burada Deloitte-un analitikası yardımçı ola bilər. Maliyyə Xidmətləri heyəti maliyyə institutlarının əsas biznes məsələlərinə analitikanı tətbiq etməsinə köməklik göstərmək üçün geniş analitik bilik, bacarıqlar və xidmətlər təklif edir. Deloitte-un üzv şirkətlərinin müştəriləri sırasına maliyyə xidmətləri sahəsində çalışan müəssisələr daxildir, analitika üzrə mütəxəssislər isə müəssisələrə bank, qiymətli kağızlar, investisiya idarəçiliyi və daşınma əmlak sahələrində müstəsna nailiyyətlər əldə etməyə köməklik edirlər.