Pencils

Xidmətlər

Deloitte Analitikası

İctimai sektor

İctimai qurumlar daha effektiv olmaqla, xərclərə və işçi qüvvəsinə qənaət etməklə yanaşı, vətəndaşların tələb etdiyi əsas ictimai xidmətləri təmin etməlidir.

Dünya üzrə ictimai sektorun müştərilərindən öz vətəndaşlarına əsas xidmətlərin və məlumatın minimum xərclər hesabına çatdırılmasını təkmilləşdirmək tələb olunur. İctimai qurumlar fəaliyyət zamanı daha effektiv olmaq üçün xərcləri azaltmaqla, işçi qüvvəsini idarə etməklə yanaşı, vətəndaşların tələb etdiyi əsas xidmətləri göstərməyə davam etməlidirlər. İki dövlət eyni olmasa da, onların üzləşdiyi problemlərin qlobal miqyasda tətbiq olunan həlləri vardır.

İnformasiya tələbi özəl sektorun ayrıca sahəsi deyil. Bu müştərilərin öz resurslarını idarə etməsi və bölüşdürməsi, risk və idarəetməyə nəzarət (daxili və xarici), öz işçi qüvvəsini və müştərisini anlaması metodlarında mühüm islahatların aparılması çox vacibdir. Səhiyyə və sosial təminat, vergi və gəlirin idarə edilməsi, müdafiə, hüquq və ədliyyə, daşıma, təhlükəsizlik, təhsil daxil olmaqla bütün hökumət sahələri və qeyri-kommersiya təşkilatları öz fəaliyyətlərində yüksək anlayışa və uzaqgörənliyə nail olmaq üçün analitikadan istifadə edə bilərlər.

Deloitte-un üzv şirkətlərinin hazırladığı analitika əsaslanan yanaşma və həllər çox sayda müxtəlif ölkələrdə və ictimai sektordakı qurumlarda tətbiq oluna bilər. Bu həllərdən əldə olunan ideya və yeniliklər miqyasından asılı olmayaraq dəyəri artırmaq imkanına malikdir; ictimai sektordakı kiçik orqanlar tərəfindən istifadə olunan analitika modeli və ya vasitələri tez-tez iri hökumət və ya departamentlər səviyyəsində tətbiq oluna bilər.

Deloitte Analitika yanaşması əsas biznes məsələlərini həll etmək üçün qabaqcıl statistik modelləşdirmədən və əyani vasitələrdən, biznes strategiyadan, əməliyyatın planlaşdırılması bacarıqlarından, məlumatın idarə edilməsinsən və transformasiya təcrübəsindən istifadə edir. Deloitte Analitikanın İctimai sektor qrupu ictimai sektordakı təşkilatların üzləşdiyi hesablama metodu ilə uçotdan başlayaraq mal-material ehtiyatlarının idarə edilməsi, aktiv və nəqliyyatın idarə edilməsi, su ehtiyatlarının idarə edilməsi kimi xüsusi sahələr üçün sistemlərin hazırlanması təhlükəsizliyinə qədər bütün problemləri aradan qaldırmaq üçün bu sahə üzrə bilik və metodlara malikdirlər.