Xidmətlər
Deloitte Analitika
Maliyyə
Maliyyə təşkilatını idarə etmək heç bir zaman asan olmamışdır və idarəetmə, risk və əməletmə tələblərinin artırılması ilə daha da çətinləşmişdir. Belə çətinlikləri tənzimləmək, kapitalı daha effektiv idarə etmək və daha yaxşı biznes tərəfdaşı olmaq üçün qabaqcıl proqnozlaşdırma imkanlarının və maliyyə vəsaitlərinin yeni idarə edilmə metodlarının yaradılması vacibdir.
Maliyyə Analitikası müəssisənin gəlirini və gəlir əmsalını artırmasına imkan verən gəlir idarəetməsi, vergi təhlili və investorlarla münasibətlər kimi əsas fəaliyyətlər barədə yeni ideyaların təmin olunması üçün aparıcı rola malikdir. Bundan əlavə, Maliyyə Analitikası satış, marketinq, alış və hətta İT kimi digər biznes funksiyaların effektivliyini artırmaq üçün çarpaz funksional məlumatları bir araya gətirmək bacarığını nümayiş etdirir.
Həmçinin, Maliyyə Analitikası model əsasında proqnozlaşdırma, saxtakarlığın müasir şəkildə aşkarlanması və kapital portfelinin optimallaşdırılması kimi maliyyə təhlili metodları vasitəsilə müəssisə üçün uzunmüddətli inkişaf potensialını təmin edə bilən yeni imkanları üzə çıxarır.
Bəzi təşkilatlar ümumi maliyyə məsələlərinə, digərləri isə analitikaya daha çox diqqət yönəldir. Deloitte-in üzv şirkətlərinin Maliyyə Analitikası təcrübəsi maliyyə vəsaitlərinin idarə edilməsində, nüfuzu daim qorumaqda, səhmdar dəyərini saxlamaqda və artırmaqda müştərilərə dəstək olmaq üçün bu bacarıqları bir araya gətirir.