Finance

Həllər

Maliyyə təklifləri

Maliyyə strategiyası

Risklər yüksək olduqda mərhələli artım yetərli olmaya bilər. İstiqaməti dəyişmək vaxtıdır. Qanunvericiliyə dəyişikliklərin tənzimlənməsindən, böhranlı vəziyyətin idarə edilməsindən, ictimailəşmədən, yaxud hər hansı digər dəyişikliklərin yaranmasından asılı olmayaraq, biz planlaşdırılan fəaliyyət nəticələrinə uyğun maliyyə strategiyalarını tətbiq edirik.

Təkliflərimiz aşağıdakılardır:
•Maliyyə strategiyası
•Kapitalın idarə edilməsi
•İlkin yerləşdirməyə hazırlıq
•Tədbirlər və məqbul dəyişikliklər

 

B & U Maliyyə

Birləşmə və ya udulma zamanı maliyyə təşkilatı bölmələri ümumiləşdirəcək, yoxsa ayıracaq? Bizim hər iki halla bağlı dərin təcrübəmiz vardır və risk və xərcləri nəzarətdə saxlamaq məqsədilə müəssisəniz üçün arzuolunan istiqaməti seçməkdə sizə yardımçı oluruq. 

Əməliyyat üzrə Maliyyə

Maliyyə təşkilatının gücü yalnız onun bünövrəsindən asılıdır. Bu səbəbdən biz sifarişdən ödənişə, alışdan ödənişə qədərki və digər əsas əməliyyat proseslərinə və vacib biznes strategiyalarının tətbiqi üzrə daha çox fundamental elementlərə yönəlmiş metodlar qurmuşuq.

Təkliflərimiz aşağıdakılardır:
•Sifariş-ödəniş
•Alış-ödəniş
•Əsas vəsaitlər
•Əməliyyatların bağlanması, konsolidə edilməsi və hesabatı
•Ümumi xidmətlərin planlaşdırılması və yerinə yetirilməsi
•Autsorsinqin planlaşdırılması və həyata keçirilməsi

Biznesin Maliyyəsi

Effektivliyin idarə edilməsi. Planlaşdırma, büdcənin müəyyən edilməsi və proqnozlaşdırma. Xərclərin və gəlirliliyin idarə edilməsi. Bu sahələrlə bağlı imkanlar maliyyə təşkilatının fəaliyyətini gücləndirir, lakin imkanlardan düzgün istifadə edilməməsi hər hansı irəliləyişin olmamasına gətirib çıxara bilər. Müştərilər bu və digər sahələr vasitəsilə xüsusi biznes məqsədlərinə nail olmaq üçün müəssisənin maliyyə işləri ilə bağlı təkliflərimizi qəbul edirlər.

Təkliflərimiz aşağıdakılardır:
•Effektivliyin idarə edilməsi prinsipləri
•Planlaşdırma, büdcənin müəyyən edilməsi və proqnozlaşdırma
•Xərclərin və gəlirliliyin idarə edilməsi
•İdarəetmə hesabatı və təhlili
•Biznes tərəfdaşlığı

Xidmətin göstərilməsi modelinin strukturu

Forma funksiyadan törəyir - maliyyə müəssisəsinin qurulma tərzi birbaşa olaraq onun biznesdəki rolunu əks etdirməli və dəstəkləməlidir. Müxtəlif sənaye sahələrinə aid bir çox maliyyə təşkilatlarından xərclərin azaldılması zamanı daha çox ideyaların və qərarvermə ilə bağlı aktiv dəstəyin təmin edilməsi tələb olunur. Bu günün tələbi az məbləğdə xərclərlə daha çox nəticələr əldə etməkdir ki, bu da dinamik bazarın iştirakçısı olmaq üçün maliyyə rəhbərlərinin yeni əməliyyat modelləri araşdırıb müəyyən etməsinə səbəb olur.

Deloitte-un Maliyyələşdirmə üzrə Əməliyyat Modeli təklifi maliyyə əməliyyatları üçün daha effektiv və səmərəli modelin hazırlanmasına yönəlmişdir. Xidmətlərimiz aşağıdakıları əhatə edir:
• Əməliyyat modelinin layihələndirilməsi
• Ümumi xidmətlərin planlaşdırılması və yerinə yetirilməsi
• Autsorsinqin planlaşdırılması və həyata keçirilməsi
• Təşkilati strukturun planlaşdırılması