Xidmətlər
Korporativ Maliyyə Məsləhəti
Biz qiymətləndirmə, maliyyə modelinin qurulması və iqtisadi konsaltinq üzrə mürəkkəb tapşırıqları həll edirik. Bizim əsas gücümüz müxtəlif bazar iştirakçıları arasında maraqların tarazlı şəkildə saxlanmasında müstəqil hakim kimi çıxış edir. Bu funksiya Birləşmə və Qoşulma əməliyyatlarını planlaşdırarkən xüsusi əhəmiyyətə malikdir.
Bizim auditorlardan başlayaraq dövlət orqanlarına qədər müxtəlif sahədən olan şirkətlərlə öz nəticələrimizi istənilən səviyyədə razılaşdırmaq və qorumaq üzrə geniş uğurlu əməkdaşlıq təcrübəmiz vardır. Biz Azərbaycanda konsaltinq sahəsində çalışan şirkətlərdən biri olaraq MDB bazarları barədə praktiki bilikdən və dərin anlayışdan faydalanırıq. Bundan başqa çoxşaxəli Deloitte şəbəkəsi bizə həllərin təqdim edilməsində beynəlxalq təcrübədən faydalanmaq imkanı verir.
Ümumi qəbul edilmiş qiymətləndirmə metodlarından əlavə, biz özümüzə məxsus tarazlaşdırılmış proqnozlaşdırma alətləri yaratmışıq ki, bu da bizə bir çox məsələlər barədə həm xarici (makroiqtisadi və sektor) amilləri, həm də tənzimləyici mövqeyini müəyyən etməyə imkan verir.
Komandamız Azərbaycan iqtisadiyyatının neft-qaz, enerji, telekommunikasiya, bank və nəqliyyat kimi sahələrində mükəmməl təcrübəyə sahibdir. Təqdim etdiyimiz hər bir məhsul sənaye perspektivlərinin və onun inkişaf imkanlarını, eləcə də konkret hallarla bağlı planlardan ibarətdir. Xidmətlərimiz əsasən aşağıdakılara yönəlmişdir:
• Səhmlərin, biznesin və maddi/qeyri-maddi aktivlərin qiymətləndirilməsi (yerli və beynəlxalq qiymətləndirmə standartları əsasında);
• Alış qiymətinin bölüşdürülməsi (PPA).
Qiymətləndirmə Xidmətləri
Maliyyə modelləşdirməsi sahəsində təcrübəmiz şirkətin kapitalizasiyanın operativ hesablanması və investisiya layihəsinin reallaşdırılması üzrə ənənəvi tapşırıqlardan başlayaraq Azərbaycanın, Rusiyanın, Avropanın, hətta dünya iqtisadiyyatının konkret bazarları və sektorlarının miqyaslı modellərinin hazırlanmasına qədər müxtəlif tapşırıqları əhatə edir. Biz maliyyə modelinin qurulması sahəsində lider mövqedəyik və tələb etdiyiniz istənilən tapşırığın öhdəsindən gəlməyi bacarırıq.
Maliyyə Modelinin Qurulması
İqtisadi məsləhətləşmə yeni xidmətlərimizdən biridir və bizim bu sənaye üzrə dərin təcrübəmizə əsaslanır. Mikroiqtisadi alətlərimiz və statistik təhlil metodlarımız strateji sahədən başlayaraq nəticələrin tənzimləyicilər ilə razılaşdırılmasını qədər istənilən məsələnin mürəkkəblik səviyyəsindən asılı olmayaraq effektiv həllər təklif etməyə imkan verir.
Economic consulting is one of our new services and is based on our deep-rooted industry experience. Our microeconomic tools and statistical analysis techniques allow us to propose the most efficient solutions regardless of the complexity of the issue – from strategic topics to agreeing results with regulators. Bundan başqa, biz texniki audit və Azərbaycandakı inhisarların iri investisiya layihələrinin xərc-effektivlik təhlilinin aparılması sahəsində ilk fəaliyyət göstərən şirkətik. İqtisadi Məsləhətləşmə üzrə başlıca xidmətlərimiz aşağıdakılardır:
• İnvestisiya layihələrinin xərc-effektivlik təhlili;
• İnvestisiya layihələrinin texniki-iqtisadi təhlili;
• Tətbiqi biznes həlləri (ekonometriya, mövcud risklər nəzərə alınmaqla optimal strategiyanın modelləşdirilməsi)
İqtisadi Məsləhətləşmə
Bugünkü makroiqtisadi mühit əməliyyat xidmətləri ilə bağlı əvvəllər təsdiq olunmuş yanaşmaları və biznes fəaliyyətindən yaranan “yüksək tələblər” prinsipinə diqqəti tamamilə dayandırmışdır. Yarandığı dövrdən etibarən heyətimiz müştərinin maraqları/məqsədləri habelə müvafiq biznes spesifikası barədə dərin anlayışlarına əsaslanan fərdi təhlillərə və hazırda mövcud olan birgə uğurlu fəaliyyətlərin (təkcə nəzəri baxımdan deyil), eləcə də şirkətin gələcək fəaliyyətinin təhlilinə istinad etmişdir. Mütəxəssislərimizin hər sektor üzrə əməliyyatların mahiyyətini araşdırmaq imkanı verən özünəməxsus bilik bazası və Deloitte-un qlobal şəbəkəsi dünyanın ən uzaq məkanlarında investorların yerləşməsinə şərait yaradır.
Birləşmə və Udulma üzrə Məsləhət Xidməti