Xidmətlər

Korporativ İdarəetmə

Düzgün korporativ idarəetmə şirkətin rəqabət qabiliyyətinin artırılması və investisiyanın cəlb edilməsində mühüm amillərdən biridir. Deloitte MDB-nin Korporativ İdarəetmə Mərkəzi ictimai və özəl sektorlarda korporativ idarəetmə ilə bağlı müzakirələrin irəliləməsinə imkan yaradır və qabaqcıl təcrübə və ideyalar ilə bağlı dəyərli resurs hesab edilir.

Biz Azərbaycanın standartlarına və beynəlxalq normalara uyğun olan effektiv korporativ idarəetmə sisteminin tətbiqində sizə yardımçı ola bilərik. Özümüzə məxsus daxili nəzarət mexanizmləri səhmdarların hüquqlarının qorunmasını və müəssisənizin kapital bazarlarına çıxışını təmin edəcək.

Korporativ idarəetmə xidmətlərinə daxildir:
• Korporativ idarəetmənin kompleks qiymətləndirilməsi
• Direktorlar Şurasının qiymətləndirməsi
• Direktorlar Şurasının vəzifə və öhdəliklərinin hazırlanması
• İnformasiyanın şəffaflığı və açıqlanması
• IPO üzrə hazırlıq səviyyəsinin qiymətləndirilməsi
• Korporativ katiblik funksiyasının tətbiqi
• Daxili korporativ sənədlərin tərtibi