Proqnozlar
2014 Qarşılıqlı İnvestisiya Fondlarına dair İcmal
Çərçivə üzrə innovasiyalar
Rəqabət üstünlüyünü artırmaq üçün qarşılıqlı fondların aktivləri necə inkişaf etdirdiyini və yeni məhsulları necə sınaqdan keçirdiyini öyrənin.
Qarşılıqlı investisiya fondları üçün prioritetlərin aşağıdakılardan ibarət olacağı gözlənilir:
•İnvestor tələblərinə cavab verən yeni məhsullar
•İnkişafla riskin balanslaşdırılması
•Qanunvericilikdəki daimi dəyişikliklərdən məlumatlılıq
Proznozlaşdırılmış tendensiyalara tez nəzər yetirmək üçün infoqrafikaya baxın.
2014-cü ildə qarşılıqlı investisiya fondları sahəsi arzuolunan görüntü almışdır. Qarşılıqlı investisiya fondları dəyişən qanunverciilik mühitində irəliləməklə daim yeni aktivlər əldə edir. Bu tarazlığı saxlayaraq qarşılıqlı investisiya fondlarında payı olan şirkətlər hazırda öz iştirak növbələrini gözləyirlər. Konki sürənlər irəli sıçramaq üçün əlavə yer axtardıqları kimi, qarşılıqlı investisiya fondlarının liderləri də hədlər ətrafında təmilləşir və rəqabətli mühit yaratmağa kömək edən yeni məhsulları sınaqdan keçirir.
Bu yeni hücumlar nəzarət və əməletmə çərçivələrinin əhəmiyyətini artırır, belə ki fəaliyyət ilə bağlı səhvlər mühüm xərc yarada bilər. Biz, müəssisə daxilində riskin vahid görüntüsünü əldə etmək və bu artan çətinlikləri aradan qaldırmaq üçün resursları uyğunlaşdırmaq məqsədilə riskə əsaslanmış resurs modellərini qəbul edən qarşılıqlı investisiya fondlarına üzv şirkətlərin ilk dalğasını görürük. Eynizamanda, risk və qanunvericiliyə əməletmə liderləri strateji qərarlara dair dəyərli fikirlər bildirməklə biznesin inkişafı və digər planlama müzakirələrində daha çox iştirak edirlər.
Əlbəttə, qarşılıqlı investisiya fondlarına daxil olan şirkətlər inkişafla bağlı riskləri tənzimləməklə yanaşı, qanunvericilik tələblərini artıran və yeni tələblərin tətbiqi mərhələsində olan idarəedici orqanların qoyduğu tələbləri də yerinə yetirməlidirlər. Səhv addımlar seçim hesab olunmur və bəzi əsas məsələlər həll olunmamış qaldıqda qarşılıqlı investisiya fondları Vaşinqtonu sıx nəzarətdə saxlamalıdır.